Hadisə şahidi: "Gördüm Xalidə xanımdır, uşaqlar qışqırışdılar..." - YENİ DETALLAR

gundem / medeniyyet
29 iyun 2022
13:07
Hadisə şahidi: "Gördüm Xalidə xanımdır, uşaqlar qışqırışdılar..." - YENİ DETALLAR


Bakıda intihar edən həkimin ölümü ilə bağlı bəzi detallar məlum olub.

APA TV əməkdaşları hadisə yerində olub.

38 yaşlı ginekoloq Xalidə Kəngərli 11-ci mərtəbədən qoruyucu tentin, daha sonra “Hyundai” markalı avtomobilin üzərinə düşüb.

Bina sakinləri biri deyib ki, binadan nəsə yerə düşdüyünü eşidib: "Əvvəlcə başa düşmədim ki, yerə düşən nə idi. Sonra Xalidə xanımın yerə yıxıldığını gördüm. Maşın da əzilmişdi, yerdə qan içində uzanmışdı. Mən xəbər vermək istəyərkən gördüm ki, yoldaşı və uşaqları hadisə yerinə gəldilər. Hadisə zamanı yoldaşı və uşaqları da evdə olublar".

Ətraflı videomaterialda izləyə bilərsiniz: