Zaur Kamal iranlı müğənnini efirdən qovdu - VİDEO

gundem / medeniyyet
30 iyun 2022
09:57
Zaur Kamal iranlı müğənnini efirdən qovdu - VİDEO


"ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb.

Aparıcı Zaur Kamal verilişində qonaq olan Afşini studiyadan çıxarıb. Belə ki, müğənni aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız" sözlərinə "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?" Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam".

Bundan sonra Zaur “Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi” deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. Afşin Azəri isə “sizin dedikləriniz yadıma gəlmir” deyərək etiraz edib.

Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracam. Sən bir də mənim proqramımda olmayacaqsan” deyərək reklam fasiləsi elan edib.