DİQQƏT: Bu istiqamətlərdə sıxlıq var - SİYAHI

gundem / sosial
1 iyul 2022
09:30
DİQQƏT: Bu istiqamətlərdə sıxlıq var - SİYAHI


Daxili İşlər Nazirliyinin (DİN) İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq, Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər – əsas və kənar yolda sıxlıq, Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq, Tbilisi prospektində “20 Yanvar” dairəsindən başlayaraq, Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.