Sabina Katanovaya 130 min manat "atan" vəkildən XƏBƏR VAR

gundem / kriminal
1 iyul 2022
09:47
Sabina Katanovaya 130 min manat "atan" vəkildən XƏBƏR VAR


Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Vüqar Səfərlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

Cinayət işi üzrə 17 zərəçəkən var.

Zərərçəkənlərdən biri tanınmış bloqer Sabina Katanovadır. Vüqar Səfərlinin ona qarşı 130 min manatlıq dələduzluq etdiyi bildirilir.

Xatırladaq ki, V.Səfərli bu əməllərinə görə Vəkillər Kollegiyasından kənarlaşdırılıb.