Bu gün Bakılılar Günüdür

gundem / cemiyyet
1 iyul 2022
10:06
Bu gün Bakılılar Günüdür


1 iyul - Azərbaycanda Bakılılar Günü kimi qeyd edilir.

Rəsmi şəkildə qeyd olunmasa da, bakılılar özləri yarızarafat, yarıciddi belə bir günün olduğunu iddia edirlər.

Qeyd edək ki, Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir və 11 administrativ rayondan ibarətdir.

Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir.

Bakı şəhərində bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunların içərisində XII əsr "Qız Qalası" ("Gözətçi qülləsi", "Göz qülləsi"), "Qala divarları", qalanın ən yüksək hissəsində XV əsrin əvvəllərində tikilmiş "Şirvanşahlar sarayı" (Xan sarayı), XIV-XVI əsrlərə aid "Buxaralılar karvansarayı" və "Hindistanlılar karvansarayı", "Cümə məscidi" və s. misal göstərmək olar.

Paytaxtdan danışarkən ilk öncə Bakı milyonçuları və ziyalıları, ruhaniləri, yada düşür.