Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana gətirilir

gundem / cemiyyet
4 iyul 2022
17:56
Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana gətirilir


Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.

Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 yük maşını qayaların altında qalmışdı. Ölən şəxs 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimov olub.