Fərid Qayıbov yenidən bu qurumun prezidenti seçildi

gundem / iqtisadiyyat
3 dek 2022
14:32
Fərid Qayıbov yenidən bu qurumun prezidenti seçildi


Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikasının 29-cu Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.