“TARİXİ ŞƏXSİYYƏTLƏR” JURNALININ NÖVBƏTİ BURAXILIŞI

gundem / cemiyyet
13 iyun 2023
18:35
“TARİXİ ŞƏXSİYYƏTLƏR” JURNALININ NÖVBƏTİ BURAXILIŞI

“Tarixi Şəxsiyyətlər” jurnalının növbəti buraxılışı – 48-ci sayı işıq üzü görüb. Jurnal öz ənənələrinə sadiq qalaraq, bu nömrəsini də tarixi məsələyə – Qafqaz udinlərinə həsr edib. Udinlər məlum olduğu kimi, Azərbaycanda yaşayan avtoxton xalqdır, Qafqazın qədim sakinləridir. Qafqaz ailəsinin Nax-Dağıstan qrupuna aid olan udin dilində danışırlar, Xristian dininin ortodoksal konfessiyasına mənsubdurlar. Azərbaycan Respublikasında Qəbələ rayonunun Nic qəsəbəsində kompakt şəkildə yaşayırlar, ətraf rayonlara yayılmışlar. Azərbaycanda yaşayan bütün etnik qruplar kimi, udinlərə, onların problemlərinə də Azərbaycan dövləti, onun rəhbərliyi xüsusi qiqqət yetirir, qayğı göstərir.

Jurnalda udinlərin qədim tarixi, mənşəyi, müasir həyat şəraiti və sosial vəziyyəti haqqında ətraflı məlumat verilir. O cümlədən, qədim xristianlığın Alban kilsəsinə aid olan Udin kilsəsinə də xüsusi məqalə həsr edilir. Oxucular burda udin xalqının folkloru, adət-ənənələri, tarixi şəxsiyyətləri, hətta özünəməxsus mətbəxi haqqında da geniş məlumat ala bilərlər. Buraxılış geniş oxucu kütləsi – alimlər, tələbələr, Azərbaycanın tarixi, milli və dini rəngarəngliyi ilə maraqlanan vətəndaşlar üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, “Tarixi Şəxsiyyətlər” jurnalının bu nömrəsinin layihə rəhbəri Azərbaycan Alban-udin icmasının sədri, BDU-nun müəllimi Robert Mobilidir.

Qalib ARİF