Salyanda avtomobil su kollektoruna düşdü - Ölən var

gundem / kriminal
22 sen 2023
11:30
Salyanda avtomobil su kollektoruna düşdü - Ölən var

Salyan rayonunun Parça Xələc kəndində avtomobil su kollektoruna düşüb, bir nəfər ölüb.

Atatv.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər “Ford” markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.