Heydər Əliyev bunu 28 il əvvəl demişdi... - Video

gundem / video
25 sen 2023
11:17
Heydər Əliyev bunu 28 il əvvəl demişdi... - Video

19 sentyabrda başlayan və Qarabağda cəmi bir sutka çəkən uğurlu lokal xarakterli antiterror tədbirlərinin ən başlıca məqsədlərindən biri də Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi idi.

Bu tədbirlərin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmiş oldu.

Bu məqamda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tarixi çıxışı yada düşür. Ulu öndər 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu əsasında Konstitusiyanın qəbul edilməsindən sonra jurnalistlərə açıqlama verir və o, 28 il sonra Prezident İlham Əliyev tərəfindən reallaşdırılan prosesin proqnozunu verir.

Bu görüntülər “Mir Şahinin vaxtı” verilişində efirə gedib.

Həmin tarixi çıxışa şahidlik edənlər arasında olan hazırkı ölkə başçısı İlham Əliyev də var. Aradan 28 il keçir və Ali Baş Komandan Azərbaycanın öz suverenliyini bərpa etməsindən sonra xalqa müraciətində deyir: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

“Qafqazinfo”