Klub prezidenti rəqibin paltardəyişmə otağına silahla girdi

gundem / idman
3 okt 2023
12:25
Klub prezidenti rəqibin paltardəyişmə otağına silahla girdi


Türkiyə 2-ci liqasında keçirilən “Vanspor” – “Zonquldak Kömürspor” oyunundan sonra qalmaqallı anlar yaşanıb. Meydan sahiblərinin prezidenti Feyat Kıyakın qarşılaşmadan sonra qonaq komandanın paltardəyişmə otağına silahla girib.

Bu barədə Zonquldak klubunun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Bildirilib ki, F.Kıyak soyunub-geyinmə otağına girərək rəqib futbolçuları təhqir edib, hədələyib. Hətta onun futbolçuları döydüyü də açıqlanıb.


“Zonquldak Kömürspor”un mətbuat xidmətinin rəhbəri Şükrü Öztürk bildirib ki, zərbələrdən sonra komandanın qapıçısı Egemen Yaylı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

“Vanspor”un prezidenti Feyat Kıyak isə iddiaları təkzib edib. O bildirib ki, rəqibin soyunub-geyinmə otağına onları yaxşı oynadıqlarına görə təbrik etmək üçün girib.

Qeyd edək ki, “Vanspor” qarşılaşmadan 1:0 hesablı qalibiyyətlə ayrılıb.
14.07.2024
10:24
Bakıda restoran yandı