Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi

gundem / sosial
5 okt 2023
09:34
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi


Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər.

Həmin əməli törədən şəxslər – 2006-cı il və 2007-ci il təvəllüdlü şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəyi bildirilib.
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi