Türkiyədə mədəndə çökmə oldu - Yaralananlar var

gundem / dunya
5 okt 2023
17:00
Türkiyədə mədəndə çökmə oldu - Yaralananlar var

Ankaranın Beypazarı rayonunda kömür mədənində çökmə baş verib.

Atatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 1-i ağır olmaqla 13 mədən işçisi yaralanıb. Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb.