Samirə Əfəndi İsraili TƏRK ETDİ - FOTO

gundem / maraqli
9 okt 2023
09:46
Samirə Əfəndi İsraili TƏRK ETDİ - FOTO

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Həmin dəhşətli və qorxu dolu anlara öz gözü ilə şahidlik edən Azərbaycanı 2020-2021-ci illərdə "Avroviziya" beynəxalq mahnı yarışmasında təmsil edən, müğənni Samirə Əfəndi olub.

Atatv.az bizim.media-ya istinadən bildirir ki, Samirə sosial şəbəkə hesabında yeni post paylaşaraq İsraili tərk edə bildiyini açıqlayıb.

"Çox şükür, İstanbula çatdıq. Allah hamını qorusun və səbr versin"- deyə S.Əfəndi yazıb.

Məqaləyə dair fotomateriallar:
Samirə Əfəndi İsraili TƏRK ETDİ - FOTO