Terrorçuları açıq şəkildə qınayan yalnız Bakıdır - İsrail

gundem / siyaset
9 okt 2023
11:29
Terrorçuları açıq şəkildə qınayan yalnız Bakıdır - İsrail


BƏƏ İsraildə HƏMAS yaraqlılarının hərəkətlərini pisləyən ilk Yaxın Şərq ölkəsi oldu.

Bu barədə İsrailin “Details” nəşri məlumat yayıb.

“Lakin HƏMAS-ın hücumuna BƏƏ-nin ilk reaksiyası daha neytral olub. BƏƏ hər iki tərəfi təmkinli olmağa çağırıb. Oxşar ritorika bir çox başqa islam dövlətlərindən də eşidilə bilərdi. Yalnız Azərbaycan terrorçuları açıq şəkildə pislədi”, - məlumatda qeyd edilib.