UEFA “Qarabağ”a 2 milyondan çox ödəniş etdi

gundem / idman
23 yan 2024
17:22
UEFA “Qarabağ”a 2 milyondan çox ödəniş etdi


UEFA “Qarabağ” klubuna 1 milyon 516 min avro (2 milyon 779 min 350 manat) ödəniş edib.

Bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

“Köhlən atlar” qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.