28 May Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindən buridir .

gundem
27 may 2024
13:07
28 May Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindən buridir .

106 il bundan əvvəl mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.
23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı .
Tarix 20-ci əsrin əvvəllərində Azərbaycan xalqı üçün mislisiz bir hədiyyə bəxş etdi.
Öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək oldugunu gördü.
Bu dövlətin yaradıcıları olan M.Ə Rəsulzadə,
F.X.Xoyski,N.Yusifbəyli,Ə.Topçubaşov,H.Agayev və başqa vətənpərvər iştirakçılar milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər.
"İstiqlal Bəyannaməsi"bütün türk müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda parlamentli respublikanın yaradıldıgını xəbər verirdi.
Azərbaycan Xalq Cünhuriyyətini fəaliyyət dövrünü üç mərhələyə bölmək olar:
Tiflis dövrü 1918-28 may-16 iyun.
Gəncə dövrü 1918-16 iyun-16 sentyabr.
Bakı dövrü 1918-17 sentyabr-28 aprel.
Azərbaycanın üç rəngli ay-ulduzlu dövlət bayragı qəbul edildi.
Azərbaycan-türk dili dövlət dili elan olundu.
Çox az yaşamasına baxmayaraq A X C sübut etdiki,ən qəddar müstəmləkə və repressiya rejimləri Azərbaycan xalqının azadlıq ideyalarını və müstəqil dövlətçiliyin ənənələrini məhv etməyə qadir deyildir.
20-ci əsrin 80-ci illərinin sonu,90-cı illərin əvvəlində Azərbaycanda başlanmış milli-azadlıq hərəkatı bolşevik rejiminin süqutunu yaxınlaşdırdı.
1991-ci il fevralın 5-də dövlətin adı dəyişdirildi "Azər baycan Respublikası"adlandı.
AXC nin üç rəngli ay-ulduzlu bayragı dövlət bayragı kimi təsdiq olundu.
28 May Respublika Günü elan edildi.
Yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamagı bacardı.
Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü,ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi.
Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycan Dövləti quruldu.
Ümummilli liderin siyasətini Prezident İlham Əliyev ugurla davam etdirir.
Ölkə başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın birgə əməyi nəticəsində Azərbaycanın mənafeləri ugurla müdafiə edilir.
Belə ki,Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixindən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində Möhtəşəm Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir.
Müstəqilliyimiz Əbədidir,Dönməzdir,Sarsılmazdır.

Ata Tv-nin direktor müavini,Binəqədi rayonu Qamət Abbasov adına 284 saylı tam orta məktəbin tarix müəllimi

İctima Xəbər Agentliyi və ATA tv-ni İctimai Xəbər Portalənın Direktor Müavini.
Zöhrə Səmədova.