Rusiya XİN Ermənistana nota verib

gundem
9 iyun 2024
19:05
Rusiya XİN Ermənistana nota verib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistana nota verib.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “NEWS.ru” portalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən sonra Rusiya XİN erməni həmkarlarına etiraz notası göndərib.

Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları qeyri-dost addım kimi qiymətləndirir.