Rusiyada ölkəyə gəliş zamanı viza almaq imkanının yaradılması təklif edilir

gundem
14 iyun 2024
08:28
Rusiyada ölkəyə gəliş zamanı viza almaq imkanının yaradılması təklif edilir

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bəzi ölkələr üçün vizaların ölkəyə gəliş zamanı verilməsi və birtərəfli qaydada ləğv edilməsi imkanının tətbiq edilməsini təklif edir.

Bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov Rusiyada keçirilən “Səyahət et!” turizm forumu çərçivəsində bəyan edib.

“Dediklərimin hamısını yekunlaşdıraraq, digər idarələrdəki həmkarlarımıza konkret təkliflərlə müraciət edirik. Rusiyada ölkəyə gəliş zamanı viza almaq mexanizmini həyata keçirmək imkanını nəzərdən keçirin. Bu, artıq bir çox ölkələrdə tətbiq olunub. Bu, hər kəs üçün yox, bizim üçün əsas sayılan ayrı-ayrı ölkələr üçün edilməlidir”, - o deyib.

Onun sözlərinə görə, ən vacib və prinsipial qərarlardan biri də viza tələblərinin birtərəfli sadələşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması olmalıdır.

Məlumata əsasən, nazirlik habelə Rusiyaya vizaların qüvvədə olma müddətinin və qiymətinin dəyişdirilməsini təklif edir.
14.07.2024
10:24
Bakıda restoran yandı