"15 İyun Azərbaycan Xalqının Tarixində Yeni Dövr."

gundem
15 iyun 2024
09:35
"15 İyun Azərbaycan Xalqının Tarixində Yeni Dövr."

Milli qurtuluş günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixidir.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki,həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlangıcların əsası qoyulub.
Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış15-İyun Milli Qurtuluş Günüdür.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.
Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında,möhkəmlənməsində,inkişafında müstəsna rol oynayan,daim xalqına arxalanan Heydər Əliyevdir.
Heydər Əliyevin adı tariximizə ən böyük xilaskar kimi düşüb.
1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən agır günlərini yaşayırdı.
Azərbaycan torpagı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
Dünya miqyaslı siyasi xadim Heydər Əliyev Azərbaycanda hakimiyyət başına gəldi.
Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa ugradı.
1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi.
Müdrik dövlət xadimi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.
Azadlıq,müstəqillik ən şirin nemətdir.
Biz azadlıgımızın,müstəqilliyimizin yolunu illərlə gözləmişik,mübarizə aparmışıq,bu yolda minlərlə şəhid vermişik.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən ugurla çıxdı.
Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,sabitlik və əmin-amanlıq yaratdı.
Heydər Əliyev öz gücünə,təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi kəlamına sadiq qaldıgını sübut etdi ki,"Azərbaycanın dövlət müstəqilliyi əbədidir,sarsılmazdır,dönməzdir."
Dövlətimizin qorunub saxlanması azadlıgımızın,müstəqilliyimizin qorunub saxlanması,qurtuluş deməkdir.
Bu günkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür.
Cünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işıgında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə fəth edəcək.
15-iyun Milli Qurtuluş Gününüzü təbrik edirəm əziz xalqım.

İctimai Xəbər Agentliyi və ATA tv.az Xəbər Portalının Direktor Müavini: Zöhrə Səmədova.
15/06/2024.
14.07.2024
10:24
Bakıda restoran yandı