"Azərbaycan Xalqının Milli Qurtuluş Günü."

gundem
15 iyun 2024
09:44
"Azərbaycan Xalqının Milli Qurtuluş Günü."

Azərbaycan xalqının milli qurtuluş günü-Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Beləliklə,15-iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq.
Milli Qurtuluş Günü böyük ictimai,siyasi və tarixi əhəmiyyətə malik gündür.
Ümummilli liderin şəxsiyyəti,onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti,qətiyyəti,uzaqgörənliyi böhrana son qoydu.
Azərbaycan müstəqil,demokratik,hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə dogru aparır.
Heydər Əliyev vaxtilə demişdir:"Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz."
Heydər Əliyevin yenilməz iradəsi,uzaqgörənliyi,fədakarlıgı onu bütün dünya azərbaycanlılarının lideri etdi.
Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu.
Azərbaycan xalqını Milli Qurtuluş Günü münasinətilə təbrik edir,əmin-amanlıq arzulayıram.

İctimai Xəbər Agengliyi və ATA tv.az Xəbər Portalının Təsisisçi Baş Direktoru:
Rasafil Bayramov.
15/06/2024.
14.07.2024
10:24
Bakıda restoran yandı