Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

gundem
15 iyun 2024
14:17
Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Türkiyə parlamenti spikerinin bu gün sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrik mesajında qeyd olunub: “Tarixi, mədəni və siyasi əlaqələrin daha da üzərində olan sarsılmaz bir dostluqla bir-birimizə bağlı olduğumuz can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm”.

TBMM-nin spikerinin təbrikində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına istinad olunur.

Numan Kurtulmuş sosial şəbəkələrdəki səhifələrində Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da yerləşdirib.
14.07.2024
10:24
Bakıda restoran yandı