Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib
gundem
15-06-2024, 15:26
Milli Qurtuluş Günü qonşu Gürcüstanda da təntənəli şəkildə qeyd olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, iş adamları, Diaspor Komitəsinin nümayəndəsi, Bakıdan gəlmiş qonaqlar, jurnalistlər, ictimaiyyət nümayəndələri iyunun 15-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Səfir ictimaiyyət nümayəndələri ilə görüşdə Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb.
Bildirilib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.