Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq
gundem
17-06-2024, 09:04
Niger hakimiyyəti uran və neft yataqlarını qorumaq üçün silahlı qüvvələrin sayını 100 min nəfərə çatdırmaq niyyətindədir.
Atatv.az xəbər verir ki, bu barədə “Ecofin” agentliyi məlumat yayıb.
Ordunun sayının 2030-cu ilə qədər artırılması planlaşdırılır.
Agentlik qeyd edir ki, buna səbəb bir neçə onilliklər ərzində mədən əməliyyatlarını təhdid edən terrorçuların aktiv hücumları ilə izah olunur. Niger neftinin ixrac olunduğu Niger-Benin neft kəməri də daxil olmaqla, digər strateji əhəmiyyətli obyektlər də mühafizəyə məruz qalır.