17 iyun- Tibb işçilərinin peşə bayramı günüdür
gundem
17-06-2024, 13:30
Azərbaycan xalqının millət lideri Heydər Əliyevin 4 iyun 2001 tarixli Sərəncamına əsasən hər il ölkəmizdə 17 iyun dünya tibb işçilərinin fəxri bayramı kimi qeyd edilir.
Qeyd etmək lazımdır ki, Ulu Öndərimizin sadiq həyat yoldaşı, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha şahid oluruq ki, Zərifə xanım Əliyevanın fəaliyyəti hər zaman yüksək səviyyədə olub.
Unutmayaq ki, 44 güblük Vətən Müharibəsi zamanı 159 hərbi tibbi işçi yaralanıb , 44 tibb işçi qəhrəmancasına şəhid olublar. Onların arasında 11 həkim, 7 feldşer və 26 sanitardan ibarət idi.
Allah cəmi şəhidlərimizə rəhmət etsin və bütün Tibb işçilərini 17 iyun dünya Tibb işçilər günü münasibəti ilə təbrik edirəm!
Sahilə Bayramlı