QURTULUŞ GÜNÜNƏ İMZA ATAN, İMZASIYLA BİR TARİX YAŞADAN, XALQIN XİLASKARI, ELİN ƏRƏN OĞLU-ULU ÖNDƏR, ƏLRZA OĞLU HEYDƏR ƏLİYEV CƏNABLARINA İTHAF ETDİYİM “QURTULUŞ GÜNÜDÜ BU GÜN TƏQVİMDƏ” ADLI ŞEİRİM. MÜƏLLİF: VƏTƏNPƏRVƏR ŞAİR NAZLI YAZAR

gundem
17 iyun 2024
16:29
QURTULUŞ GÜNÜNƏ İMZA ATAN, İMZASIYLA BİR TARİX YAŞADAN, XALQIN XİLASKARI, ELİN ƏRƏN OĞLU-ULU ÖNDƏR, ƏLRZA OĞLU HEYDƏR ƏLİYEV CƏNABLARINA İTHAF ETDİYİM “QURTULUŞ GÜNÜDÜ BU GÜN TƏQVİMDƏ”  ADLI ŞEİRİM.   MÜƏLLİF: VƏTƏNPƏRVƏR ŞAİR NAZLI YAZAR

Xəyalən getdim mən, həmin illərə,
Hərcmərclik illəri, yaman illərə.
Qardaş qırğınıydı, o zaman tuğyan,
Güllə səslərisə vermirdi aman.

İlahi, bu nədir? Nələr baş verir?
Kimlər özlərini şahənşah görür?!
Dövlət təhlükədə, kimi Cənubda,
Kimi Gəncə, Qərbdə, xəyal qurub da,

Yeni-yeni xanlıq yaratmaq istər,
Dövləti paramparça didmək istər.
Hər kəsin ağlında bir mayak vardı,
Çox keçmədi, mayak, imdada vardı!

Gərək idi xalqa, güclü xilaskar,
Hər sözü, söhbəti ötkəm xilaskar!
Xalq Birliyi dedi: “Gəlsin O, ÖNDƏR,
Əlirza oğlu Nər, O, ULU HEYDƏR!

Gəldi, gəlişi ilə sabitlik gəldi,
Çöhrələr gül açdı, sakitlik gəldi!
Pərakəndə ordu Müzəffər oldu,
İllər keçdi Ordu, Qalib də oldu!

Bakı-Tiflis-Ceyhan müqaviləsi,
Əsr qarantıdı, Əsr Müqaviləsi!
Xarici investor ona inanıb,
Öndərlə bağladı, müqaviləsin.

Tarixə yazdı O, Öndər İmzasın!
Tarixdən silinməz Heydər İmzasın!
Elə bir siyasət yürütdü inan,
Adıyla gəldi o, qətiyyət, inam!

Tarix 100 ildə 1 yetirir belə,
Tarixi Şəxsiyyət, Uca Varlığı.
Nə qədər yazsaq da, ondan bil hələ,
Yazılmamış qalıb, kitab varlığı!

O, ilk hakimiyyət illərində də,
Müstəqil dövlətin illərində də.
Elmə və təhsilə önəm verirdi,
“Elm xilas edəcək xalqı!” deyirdi.

Qurdu bir zəkalı yeni dövləti,
Dosta dost, düşmənə bir sərt dövləti!
Bu gün Zəfərdə də onun payı var,
Zəfər Bünövrəsi adıyla parlar!

Qartal baxışlıydı, iti zəkalı,
Xalq xilaskarıdı, budu amalı!
Qurtuluş günüdü bu gün təqvimdə,
Xilas oldu xalqım, düz seçimində!

Bu gün Bayrağım da, gur dalğalanır,
Şuşa, Xocalıda, Xanın Kəndində!
Nazlı Yazar baxıb bundan zövq alır,
Ulu Öndər varsız, şeir bəndində!

Sizin Dühanız şeirə sığmaz,
Əsərə, dastana, romana sığmaz!
Nər Oğul İlhamı unutmaq olmaz!
Sizin o qələmlə yazdı Zəfəri,
İrəlidə gözlər İrəvan Səfəri,
İrəlidə gözlər İrəvan Zəfəri!
14.07.2024
10:24
Bakıda restoran yandı