DİN qanunsuz saxlanılan odlu silahlarala bağlı növbəti çağırış edir

gundem
9 iyul 2024
17:47
DİN qanunsuz saxlanılan odlu silahlarala bağlı növbəti çağırış edir

Polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2024-cü ilin 6 ayı ərzində 1029 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Könüllü təhvil verilən odlu silahlardan 40 avtomat, 14 tapança, 975 ov tüfəngi olub.

Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər.
14.07.2024
10:24
Bakıda restoran yandı