Ombudsman Aparatının əməkdaşı “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr” mövzusunda beynəlxalq konfransda iştirak edib

gundem
9 iyul 2024
18:04
Ombudsman Aparatının əməkdaşı “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr” mövzusunda beynəlxalq konfransda iştirak edib

Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi tərəfindən Polşanın Qdınya şəhərində “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin Başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova tədbirdə çıxış edərək Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan tərəfindən pozulmuş beynəlxalq humanitar hüquq normaları, həmçinin Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı dəstələri tərəfindən işğal dövründə Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması və dəqiq mina xəritələrinin hələ də ölkəmizə təqdim edilməməsi barədə məlumat verib.

Konfrans çərçivəsində təşkil olunmuş müzakirələrdə mövzu ilə bağlı verilən suallar ətraflı cavablandırılıb, Ombudsmanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət barəsində geniş məlumat verilib.
14.07.2024
10:24
Bakıda restoran yandı