Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilmiş magistr dissertasiyalarının müdafiəsinə rəhbərlik edib

gundem
9 iyul 2024
21:40
Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilmiş magistr dissertasiyalarının müdafiəsinə rəhbərlik edib
Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilmiş magistr dissertasiyalarının müdafiəsinə rəhbərlik edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuraya sədrlik edib.

Müdafiə prosesində beş magistrantın dissertasiya işləri müdafiəyə təqdim olunub. Məruzələrdən sonra Ombudsman və Şura üzvləri tərəfindən magistrantlara suallar verilib, rəy və mülahizələr oxunub, eyni zamanda, mövzu üzrə praktiki məsələlərin müzakirəsi aparılıb.

Yekunda dissertasiya işləri yüksək qiymətləndirilib və magistrantların müdafiəsi başa çatıb. Müvəkkil magistrantların hər birini təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
14.07.2024
10:24
Bakıda restoran yandı