Yaponiyanın üç ən böyük kommersiya bankının səhmləri ucuzlaşıb
gundem 5-08-2024, 08:37


Yaponiyanın meqabanklar kimi tanınan üç ən böyük kommersiya bankının səhmlərinin dəyəri bazar ertəsi keçirilən ticarətdə kəskin ucuzlaşıb.

Atatv.az xəbər verir ki, yerli vaxtla saat 10:12-də (Bakı vaxtı ilə 05:12) “Mitsubishi UFJ Financial Group”un qiymətli kağızlarının dəyəri 13,91% azalıb.

“Sumitomo Mitsui Financial Group”un səhmləri 15,27%, “Mizuho Financial Group”un səhmləri isə 13,55% azalma göstərir.

Yerli müşahidəçilər Tokio birjasındakı çöküşü avqustun 2-də əmək bazarı statistikasının bazar gözləntilərindən aşağı olduğu ABŞ-da mümkün tənəzzüllə bağlı narahatlıqlarla izah ediblər.

Qeyd edək ki, Asiyanın ən böyük Tokio Birjasının kotirovkaları ticarətin açılışında çöküb.