Şəkidə "Vətəndaşların Seçki Hüququnun Təmini" Mövzusunda Növbəti Dəyirmi Masa Keçirildi
gundem 5-08-2024, 19:40



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Şəkidə təşkil edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev parlamentə növbədənkənar seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayrıldığını bildirib, MSK ilə Ombudsman Aparatı tərəfindən təşkil olunan tədbirlərin ictimaiyyətin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışı zamanı seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə artıq Bakıda və Gəncədə təşkil edildiyini, bu gün isə növbəti tədbirin Şəkidə keçirildiyini bildirib.