Cari ildə dövlət büdcəsinin profisiti 2,8 milyard manatı ötüb
gundem
13-09-2024, 16:55
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 25 milyard 223,4 milyon manat, xərcləri 22 milyard 362,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 2861,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,5 faizi qədər profisit yaranıb.