Xəzər dənizində zəlzələ baş verib
gundem
14-09-2024, 16:44
Sentyabrın 14-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Atatv.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 13:06-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.
Zəlzələnin ocağı 67 kilometr dərinlikdə yerləşib.