Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb
gundem
26-12-2024, 18:19
"Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin xatirəsi Gəncə şəhərində bir dəqiqəlik sükutla yad olunub.
Saat 12:00-da ölkənin bütün ərazilərində olduğu kimi, Gəncədə də nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Həmçinin matəmlə əlaqədar şəhər ərazisində bayraqlar yarıya qədər endirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəzada həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.