ABŞ Konqresinə 4 soyuq silahla girən şəxs saxlanılıb
gundem 9-01-2025, 09:45


Vaşinqtonda Konqres binasının əhali üçün nəzərdə tutulmuş hissəsinə soyuq silahla girən şəxs saxlanılıb.

atatv.az xəbər verir ki, saxlanan şəxsin üzərindən 1 ədəd maçete və 3 cib bıçağı aşkar edilib. Hadisə yeni seçilmiş prezident Donald Trampın Konqresə gəlməsi gözlənən vaxt baş verib. Saxlanan şəxsin soyuq silahları hansı məqsədlə çantasında daşıdığı məlum deyil.