Arif Rəhimov: “Formula-1”i AVRO-2020-yə görə təxirə salmadıq”

idman
12 may 2021
18:21
Arif Rəhimov: “Formula-1”i AVRO-2020-yə görə təxirə salmadıq”


“Türkiyədə mövcud COVID-19 durumu ilə bağlı problemin olduğunu və Böyük Britaniya hökumətinin Türkiyədəki situasiya ilə bağlı xəbərdarlıq etdiyini bilirəm. Komandaların çoxu Britaniyadandırlar. Hətta onlar İstanbula Bakıdakı yarışdan gedəcəklərinə baxmayaraq, bu, yarışı riskə atan məntiqli bir arqumentdir”.

Bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov bildirib.

O, İstanbulda 11-13 iyunda keçirilməli olan “Formula-1” yarışının 4-6 iyundakı Azərbaycan Qran Prisi ilə əvəzlənməsinin mümkünsüz olduğunu bildirib:

“Bakıdakı yarış bir sonrakı tarixə salına bilməz. Çünki Bakı futbol üzrə AVRO-2020-yə ev sahibliyi edəcək.

Təxirə salmaq istiqamətində danışıqlar oldu, amma bizə həmin həftəsonu olduqca uyğundur. Azərbaycan Qran Prisi şəhərdə baş tutacaq digər yarışlar arasına sıxışdırılmış kimidir. Futbol hələ qabaqdadır və ilk oyun 12 iyunda – “Formula-1”in yarışı həftəsonu baş tutacaq.

Yəni edə biləcəyimiz elə bir şey yoxdur, bu il aktiv deyilik. Təqvimdəki yeganə əsas yarış bizimki olsaydı, haradasa nə isə etmək olardı, amma bu il yox”.

Həmçinin, Arif Rəhimov Azərbaycan Qran Prisinin pandemiya səbəbindən azarkeşsiz keçiriləcəyini bir daha təsdiqləyib:

“Hələlik bizim yarışda tamamilə tamaşaçı olmayacağı təsdiqlənib. Mükafatlandırmaya gələn insanlar olacaq. Biz onları uyğun yerlərdə oturtmalıyıq, xüsusən də nəzərə alsaq ki, prezidentdirsə. Ancaq başqa heç bir tamaşaçı olmayacaq”.
27.03.2024
12:47
Sabah 21° isti olacaq