Cəmiyyət - Atatv.az
BDYPİ həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
Müraciətdə həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artmasının qəza riskini yüksəltdiyi bildirilib.
Qeyd olunub ki, mövsümə xas qeyri-sabit hava şəraiti bu riski daha da artırır. Bəzi sürücülərin zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi və hərəkət zamanı məsuliyyətsiz davranması ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olur.
BDYPİ sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı, yol və hava şəraitini nəzərə almağı, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət həddinə, ötmə və manevr qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Qətlə yetirilən qadınlar və şərhlərdə boylanan potensial qatillər
MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib
Onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır.
Bunu Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, qurumun Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına yeniliklərlə bağlı açıqlamasında bildirib.
O vurğulayıb ki, Şura tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib:
"Yeni qaydalara əsasən, onlayn media subyektlərinin qiymətləndirilməsində saytların oxunma göstəriciləri, sosial şəbəkələrdəki aktivliyi və texniki vəziyyəti də nəzərə alınacaq. Fərdi jurnalistlərin müsabiqələrində isə şəxsi sosial şəbəkə hesablarında yayımlanan materialların auditoriya ilə qarşılıqlı əlaqəsi qiymətləndiriləcək. Hesab edirəm ki, onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır. Çünki bu gün jurnalistika yalnız ənənəvi media platformaları ilə məhdudlaşmır. İnformasiya istehlakının böyük bir hissəsi sosial şəbəkələr üzərindən həyata keçirilir və media qurumlarının bu platformalarda təmsil olunmaları artıq zərurətə çevrilib".
H.Heydərli bildirib ki, bu qərar peşəkar jurnalistlərin sosial mediada daha da aktivləşməsinə stimul verəcək:
"Eyni zamanda, peşəkar media subyektlərinin sosial şəbəkələrə inteqrasiyasını sürətləndirəcək, onların daha geniş auditoriyaya çıxış imkanlarını artıracaq. Düşünürəm ki, bu yanaşma jurnalistləri yalnız xəbər hazırlamağa deyil, həm də hazırladıqları keyfiyyətli məzmunu müasir rəqəmsal platformalar vasitəsilə cəmiyyətə daha effektiv çatdırmağa təşviq edəcək".
O qeyd edib ki, digər mühüm məqam isə sosial media məkanında peşəkarlığın güclənməsidir. Peşəkar jurnalistlərin və etibarlı media qurumlarının sosial şəbəkələrdə fəallığının artması qeyri-peşəkar, qeyri-etik və məsuliyyətsiz informasiya yayımının təsirinin azalmasına, ictimaiyyətin daha etibarlı informasiya mənbələrinə yönəlməsinə şərait yarada bilər.
Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
Noyabrın 25-də saat 10:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfa Dövlət Aqrar İnkişaf Mərkəzində Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlər Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinə (050-770-85-85) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
DYP sürücülərə xəbərdarlıq edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən verilən məlumatda bildirilib ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur:
"Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan, avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Qanuna əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin.
Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir".
Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.
Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.
Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.
İcra hakimiyyətlərində qapalı qapılar: Vətəndaşın qarşısına sədd çəkən müavinlər kimə və nəyə xidmət edir?
Vətəndaşın dövlət qurumunun qapısını döyməsi niyə problemə çevrilməlidir? İcra hakimiyyəti başçısının müavinləri hansı səlahiyyətə əsaslanaraq vətəndaşla rəhbərlik arasında keçilməz sədd yaradır?*
Son dövrlər Bakı şəhərinin bir sıra rayon icra hakimiyyətlərində vətəndaşların qəbulu, müraciətlərinin dinlənilməsi və rəhbər şəxslərlə görüş imkanları ətrafında narazılıqların artması ciddi suallar doğurur. Apardığımız araşdırmalar, vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər və müşahidələr göstərir ki, bəzi hallarda vətəndaşın problemini aidiyyəti üzrə rəhbərliyə çatdırması özü ayrıca mübarizəyə çevrilir.
Ən narahatedici məqam isə odur ki, bu maneələrin bir qismi məhz icra hakimiyyəti başçılarının müavinləri və qəbul prosesinə nəzarət edən şəxslər tərəfindən yaradılır.
Vətəndaş aylarla bir problemin həllini gözləyir, həftənin müəyyən gününü gözləyərək qəbula gəlir, lakin qarşılaşdığı münasibət onun dövlət qurumuna olan inamını daha da sarsıdır. Bəzən qəbul üçün müraciət edən şəxsin qarşısına müxtəlif bəhanələr çıxarılır, başçı ilə görüşmək imkanının olmadığı bildirilir, yaxud məsələni müavinlə həll etməsi tövsiyə olunur. Halbuki vətəndaşın müraciətinin dinlənilməsi, araşdırılması və nəticəsi barədə məlumatlandırılması dövlət orqanının birbaşa vəzifəsidir.
Qəbul günü var, bəs vətəndaşı dinləyən varmı?
Məsələnin digər tərəfi ondan ibarətdir ki, vətəndaş qəbulları üçün həftənin konkret günləri müəyyənləşdirilsə də, həmin günlərdə belə insanların problemlərini birbaşa çatdırmaq imkanları məhdudlaşdırılır. Qəbulun təşkili, təhlükəsizlik və iş prosesinin tənzimlənməsi başadüşüləndir. Ancaq bunlar vətəndaşın qanuni müraciət hüququnu məhdudlaşdırmaq, onu dəfələrlə geri qaytarmaq və ya rəhbərliklə görüşünə əsassız maneə yaratmaq üçün əsas ola bilməz.
Xüsusilə də vətəndaşın müraciəti aylarla cavabsız qaldıqda, aidiyyəti şöbələrdən konkret nəticə əldə edə bilmədikdə və məsələni birbaşa icra hakimiyyətinin başçısına çatdırmaq istədikdə qarşısına yenə inzibati maneələr çıxarılması yolverilməz idarəçilik yanaşmasıdır.
Burada haqlı sual yaranır: İcra hakimiyyətinin başçısı vətəndaşların problemlərini öyrənmək, aidiyyəti şəxslərə tapşırıqlar vermək və onların icrasına nəzarət etmək üçün deyilmi? Bəs başçı ilə vətəndaş arasında keçilməz sədd yaradan müavinlər hansı idarəçilik modelini tətbiq edirlər?
Qazi, veteran və şəhid ailələri də bu münasibətlə üzləşməlidirmi?
Məsələnin ən həssas tərəflərindən biri müraciət edən şəxslər arasında qazilərin, müharibə veteranlarının və şəhid ailələrinin də olmasıdır.
Vətən uğrunda sağlamlığını itirmiş, müharibədə iştirak etmiş, ailə üzvünü torpaq və dövlət uğrunda qurban vermiş insanların sosial və məişət problemləri ilə bağlı müraciətlərinə xüsusi həssaslıqla yanaşılmalıdır. Onların mənzil, sosial təminat, məşğulluq, torpaq və digər qanuni tələbləri diqqətlə araşdırılmalıdır.
Lakin vətəndaş şikayətlərində bu kateqoriyadan olan insanların da bəzən bürokratik əngəllərlə qarşılaşdığı bildirilir. Əgər bir qazi, veteran və ya şəhid ailəsinin üzvü öz problemini çatdırmaq üçün dəfələrlə dövlət qurumunun qapısına gəlməyə məcbur qalırsa, burada təkcə qəbulun təşkili deyil, məmur məsuliyyəti məsələsi də gündəmə gəlir.
Eyni vəziyyət torpaq, mülkiyyət, mənzil, işsizlik və maddi imkansızlıqla bağlı müraciət edən aztəminatlı ailələrə də aiddir. Bu insanların bir çoxu üçün icra hakimiyyəti son ümid ünvanlarından biridir. Onları bir şöbədən digərinə yönləndirmək, konkret cavab verməmək, məsuliyyəti başqa qurumun üzərinə atmaq problemi həll etmir, əksinə, vətəndaşın çarəsizliyini artırır.
Əlbəttə, hər bir müraciətin mütləq müsbət həll olunacağına təminat vermək mümkün deyil. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər də var. Ancaq səlahiyyət xaricində olan müraciət belə düzgün istiqamətləndirilməli, vətəndaşa əsaslandırılmış cavab verilməli və aidiyyəti qurum göstərilməlidir. Laqeydlik və süründürməçilik isə heç bir halda idarəçilik üsulu ola bilməz.
Konstitusiya hüquqları məmurun şəxsi mülahizəsindən asılı deyil!
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququnu təsbit edir. Həmin maddəyə əsasən, hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Daha bir mühüm məqam: Konstitusiyanın 57-ci maddəsinin ikinci hissəsi dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətini tənqid etmək hüququnu tanıyır və tənqidə görə təqibi qadağan edir.
Deməli, vətəndaşın məmurun fəaliyyətindən narazılığını bildirməsi, qəbul zamanı sual verməsi və ya jurnalistin bu problemlərlə bağlı sorğu ünvanlaması kiminsə şəxsi narazılığına səbəb olmamalıdır.
Bundan başqa, 2015-ci il 30 sentyabr tarixli “Vətəndaşların müraciətləri haqqında” Qanun müraciətlərin qəbulunu, qeydiyyatını, araşdırılmasını və cavablandırılmasını tənzimləyir.
Prezidentin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.16-cı bəndində isə yerli icra hakimiyyəti başçısının vətəndaşların qəbulunu, ərizə, təklif və şikayətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını, onlara cavab verilməsini təmin etmək vəzifəsi müəyyənləşdirilib.
Belə olan halda sual yaranır: Qanunvericilikdə vəzifə kimi müəyyən edilmiş vətəndaş qəbulunun faktiki olaraq məhdudlaşdırılması hansı əsasla izah edilə bilər?
Müavinlərin inzibati nəzarət funksiyası vətəndaşın müraciət hüququndan üstün deyil. Onlar rəhbərlə vətəndaş arasında sədd yaratmaq üçün deyil, idarəetmənin səmərəli təşkilinə, problemlərin vaxtında həllinə və başçının tapşırıqlarının icrasına xidmət etməlidirlər.
Jurnalistin sualından niyə çəkinilir?
Digər diqqətçəkən problem jurnalistlərin fəaliyyətinə münasibətlə bağlıdır.
Vətəndaşların müraciətlərini ictimailəşdirən, onların problemlərini aidiyyəti qurumlara çatdıran, icra hakimiyyətlərinə rəsmi sorğular ünvanlayan jurnalistlər də bəzən eyni maneələrlə üzləşirlər. Jurnalist müəyyən bir vətəndaşın problemini işıqlandırmaq, icra hakimiyyətinin mövqeyini öyrənmək və ya göndərdiyi sorğunun cavabını almaq istəyir. Lakin bəzi hallarda qarşı tərəfdən konkret cavab əvəzinə müxtəlif bəhanələr, yönləndirmələr və gözləmə tələbləri ilə qarşılaşır.
Unudulmamalıdır ki, jurnalistin vəzifəsi yalnız hadisələri yazmaq deyil. O, həm də cəmiyyətin suallarını, narazılıqlarını və problemlərini ictimai müzakirəyə çıxaran vasitədir.
Jurnalistin sorğusuna cavab verməkdən yayınmaq, onun qanuni peşə fəaliyyətinə əsassız maneə yaratmaq dövlət qurumunun şəffaflığına dair ciddi suallar doğurur. Rəsmi sorğular qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və qaydada cavablandırılmalıdır.
Əgər vətəndaşın səsi jurnalistin vasitəsilə rəhbərliyə çatdırılmaq istənilirsə, bu, maneə kimi deyil, idarəetmədə mövcud boşluqları görmək üçün əlavə imkan kimi qiymətləndirilməlidir.
Prezidentin xalqa xidmət çağırışı ilə məmur davranışı arasında ziddiyyət
Ölkə rəhbərliyi müxtəlif çıxışlarında dəfələrlə məmurların xalqa xidmət etməli olduğunu, vəzifənin şəxsi imtiyaz deyil, məsuliyyət olduğunu vurğulayıb. Dövlət qulluqçularının vəzifə kürsüsündən istifadə edərək vətəndaşa yuxarıdan aşağı baxması, özünü toxunulmaz hesab etməsi və insanların problemlərinə biganə yanaşması tənqid olunub.
Ancaq bəzi yerli idarəetmə strukturlarında müşahidə olunan münasibət bu çağırışların ruhuna uyğun gəlmir.
Məmur vəzifəyə təyin olunduqdan sonra özünü vətəndaşdan üstün hesab etməməlidir. Əksinə, onun məsuliyyəti artır. Çünki dövlət vəzifəsi şəxsi nüfuz, ağalıq və ya toxunulmazlıq statusu deyil. Bu, dövlətə və cəmiyyətə xidmət etmək öhdəliyidir.
Bəs niyə bəzi müavinlər vətəndaşla birbaşa ünsiyyəti sanki özləri üçün arzuolunmaz vəziyyət hesab edirlər? Niyə rəhbərlə görüşmək istəyən şəxsə kömək etmək əvəzinə, onun qarşısına yeni maneələr çıxarılır? Niyə aylarla həllini gözləyən problem barədə başçının məlumatlandırılması belə çətinləşdirilir?
Bu sualların cavabı təkcə ayrı-ayrı məmurların davranışında deyil, həm də həmin idarəetmə strukturlarında nəzarət və hesabatlılıq mexanizmlərinin nə dərəcədə işləməsində axtarılmalıdır.
İcra hakimiyyətləri vətəndaş üçün əlçatmaz qurumlara çevrilməməlidir. Kreslo, vəzifə üçün yaşamaq erası nə vaxt bitəcək?
Əslində, yerli icra hakimiyyətlərinin əsas funksiyalarından biri ərazidə yaşayan insanların problemlərini öyrənmək, yerli məsələlərin həllində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində tədbirlər görmək və aidiyyəti qurumlarla koordinasiyanı təmin etməkdir.
Əgər vətəndaş torpaq, mülkiyyət, sosial vəziyyət, işsizlik və digər problemlərlə bağlı aylarla müraciət edir, lakin konkret nəticə əldə edə bilmirsə, həmin qurumun fəaliyyətinin səmərəliliyi sual altına düşür.
İcra hakimiyyəti vətəndaşın üzünə qapı bağlamaq, onu dəfələrlə qəbul otağına qaytarmaq və ya müavinlərin şəxsi münasibətindən asılı vəziyyətə salmaq üçün mövcud deyil.
Bakı şəhərinin rayon icra hakimiyyətlərində vətəndaş qəbullarının təşkili, müraciətlərin qeydiyyatı, cavablandırılması və real nəticəsi ilə bağlı daha ciddi monitorinqə ehtiyac var. Qəbul günlərinin elan edilməsi kifayət deyil. Əsas məsələ həmin qəbullarda neçə nəfərin dinlənilməsi, neçə problemin həll edilməsi, neçə müraciətin aidiyyəti üzrə yönləndirilməsi və neçə vətəndaşın təkrar müraciət etməyə məcbur qalmasıdır.
İndi hesabatlılıq və real nəzarət zamanıdır
Məsələnin həlli üçün Bakı şəhərinin rayon icra hakimiyyətlərində vətəndaş qəbullarının şəffaf və əlçatan təşkili təmin edilməli, qəbuldan imtina və ya təxirəsalma halları əsaslandırılmalı, müraciətlərin taleyi barədə vətəndaşa aydın məlumat verilməlidir.
Eyni zamanda, icra hakimiyyəti başçılarının müavinlərinin və qəbul prosesinə məsul şəxslərin fəaliyyəti qiymətləndirilməli, vətəndaşların şikayətləri əsasında xidməti araşdırmalar aparılmalıdır. Qəbulun formal xarakter daşıması, müraciətlərin əsassız yubadılması və vətəndaşın hüquqlarının məhdudlaşdırılması halları nəzarətsiz qalmamalıdır.
Bu məsələdə Prezident Administrasiyasının, aidiyyəti dövlət qurumlarının və nəzarət orqanlarının da diqqətinə ehtiyac var.
Çünki vətəndaşın dövlətə inamı yalnız böyük layihələr, yollar, binalar və hesabatlarla formalaşmır. Bəzən bir məmurun qəbul otağında göstərdiyi münasibət, bir şikayətə verdiyi cavab, bir qazinin və ya şəhid ailəsinin probleminə yanaşması dövlətin vətəndaş qarşısındakı məsuliyyətini daha aydın göstərir.
*Dövlət idarəçiliyində qapılar vətəndaşın üzünə deyil, problemlərin həllinə açılmalıdır.*
Vətəndaşın dinlənilmək, müraciətinə cavab almaq və qanuni hüquqlarının müdafiəsini tələb etmək haqqı heç bir məmurun şəxsi mülahizəsindən asılı ola bilməz. Müavinlər başçının səlahiyyətlərini və qəbul prosesini təşkil edən şəxslərdir, vətəndaşın hüquqlarını məhdudlaşdıran maneə deyil.
Əgər bir vətəndaş öz problemini çatdırmaq üçün aylarla qapı döyməli, jurnalist isə sadə bir sorğunun cavabını almaq üçün dəfələrlə müraciət etməlidirsə, deməli, burada ciddi idarəçilik problemi var.
*Vəzifə kreslosu toxunulmazlıq kürsüsü deyil. Məmurun böyüklüyü vətəndaşdan nə qədər uzaq dayanması ilə deyil, onun problemini nə qədər diqqətlə dinləməsi və həllinə nə qədər məsuliyyətlə yanaşması ilə ölçülür.*
Vətəndaş dövlətin qapısında gözləməməlidir. Dövlət qurumu vətəndaşın probleminin həlli üçün işləməlidir.
Rəsafil Bayramov
Atatv.az, Azadtv.az saytlarının, Milli Azərbaycan televiziyasının, İctimai Xəbər Agentliyinin təsisçisi və baş redaktoru
Azərbaycanda əhalinin sayı 0,2 % artıb
İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 20474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayışa görə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.