Dünya - Atatv.az
ÖMRÜNÜ XALQINA , DÖVLƏTİNƏ , VƏTƏNƏ XİDMƏTƏ HƏSR EDƏN CƏSUR QADIN
ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
İran Prezidenti Məsud Pezeşkian parlamentin sədri Məhəmməd Baqir Qalibafa ünvanladığı məktubda Mehrdad Əxlaqini Müdafiə Nazirliyinə rəhbər vəzifəyə təklif edib.
M. Əxlaqi Müdafiə Nazirliyinin yüksək vəzifəli rəhbərlərindəndir.
O, bundan əvvəl İranın Müdafiə Sənayesi Təşkilatının (AIO / DIO) direktoru və Şəhid Baqiri Sənaye Qrupunun (SBIG) rəhbəri kimi vəzifələrdə çalışıb.
İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində məhkəmə binasının qarşısında atışma olub.
APA-nın Tehran bürosu Mahabad Polis Komandanlığına istinadən xəbər verir ki, atışma bu gün səhər baş verib. Məhkəmə binasının qarşısında baş verən silahlı atışma nəticəsində 1 nəfər güllə yarasından həyatını itirib, 4 nəfər isə yaralanıb.
İlkin araşdırmaların nəticələrinə görə, hadisə şəxsi münaqişə və qisas motivi ilə baş verib. Bildirilib ki, hücum edən şəxs övladının öldürülməsində iştirak etdiyini düşündüyü şəxsin ailə üzvlərinə odlu silahla hücum edərək atəş açıb.
Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
Rusiyanın Sverdlovsk vilayətində yerləşən "Çeryomuxovskaya-Qlubokaya" mədənində uçqun baş verib.
Bu barədə Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Dağıntıların altından 1 nəfərin meyiti çıxarılıb", - məlumatda deyilir.
Uçqunun baş verdiyi ərazidə işlər müvəqqəti olaraq dayandırılıb.
Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avropa İttifaqı (Aİ) bazarına yönəlməyə tələsməməyə və əvvəlcə indiki ixrac həcmini qoruyub saxlaya biləcəyini qiymətləndirməyə çağırıb.
Bu barədə o, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə bildirib.
"Əgər Avropa İttifaqına getmək qərarına gəlmisənsə, hara tələsirsən? Əvvəlcə dəqiq müəyyən et ki, konyakını, tərəvəz və meyvələrini kim alacaq və hansı həcmdə? Bu gün bizdə satdığını əvəz edə biləcəksənmi?", - Lukaşenko deyib.
O, həmçinin İrəvana Ermənistan məhsulları üçün avropalı alıcıların olduğuna əvvəlcədən əmin olmağı təklif edib.
Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
Suriya hökumətinin və Livanın "Hizbullah" hərəkatının nümayəndələri tərəflər arasında gərginliyi azaltmaq məqsədilə Türkiyədə birbaşa danışıqlar aparıblar.
Bu barədə mənbələr məlumat verib.
Görüş ötən ay azı bir dəfə baş tutub və qapalı formatda keçirilib.
Danışıqlarda "Hizbullah" nümayəndələri, eləcə də Suriya kəşfiyyat orqanlarının və Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Görüş gərginliyin azaldılması səyləri çərçivəsində Türkiyə təhlükəsizlik və kəşfiyyat orqanlarının dəvəti ilə baş tutub.
İranın şərqində altı silahlı öldürülüb
İranın Sistan və Bəlucistan əyalətində keçirilən əməliyyat nəticəsində 6 silahlı öldürülüb.
Məlumatı İran mediası yayıb.
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) yaydığı açıqlamaya əsasən, onlar bölgədə terror aktları həyata keçirməyi planlaşdırırmış.
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
İstanbul Beynəlxalq Hava Limanında üzərinə həbs qoyulmuş İranın “Caspian Airlines” aviaşirkətinə məxsus təyyarə sentyabrın 29-da Tehrana qayıdacaq.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“Caspian Airlines aviaşirkəti dərhal məsələni araşdırmağa və razılaşdırmalara başlayıb, aidiyyəti xidmətlərin iştirakı ilə zəruri hüquqi və inzibati tədbirlər görülüb. Türkiyədə saxlanılan “Caspian” təyyarəsi bu gün ölkəyə qayıdacaq”, - açıqlamada bildirilib.
İraqı sonuncu İtaliya hərbçisi tərk edib
İtaliya sonuncu hərbçilərinin İraqdan çıxarılmasını başa çatdıraraq bu ölkədə 12 illik hərbi mövcudluğuna son qoyub.
Bu barədə İtaliya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, 2026-cı ilin mart ayınadək Roma İraq Kürdüstanındakı hərbi bazaya gecə endirilən hava zərbəsindən sonra hərbi personalının böyük hissəsini İraqdan artıq çıxarmışdı.
İtaliyalı hərbçilər "İslam Dövləti" terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi "Sarsılmaz qətiyyət" beynəlxalq əməliyyatında, həmçinin NATO-nun İraqdakı missiyasında iştirak ediblər. Sonuncu missiya konsultativ xarakterli idi və İraq təhlükəsizlik qüvvələrinin hazırlanmasına və potensialının artırılmasına yönəlmişdi.
İtaliya Müdafiə Nazirliyinin bəyanatına əsasən, İtaliya və NATO qüvvələri qoşunların bu bölgədən çıxarılmasını sentyabrın 30-dək başa çatdırmaqla bağlı yerli hakimiyyət orqanları ilə razılığa gəliblər.
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
“Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var.
“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, Hərbi Hava Qüvvələrinə məxsus bazanı ziyarət edib və ölkəsinə hücum etməməklə bağlı “düşmənlər”ə xəbərdarlıq edib.
“Bizim uzun qollarımız istənilən vaxt, istənilən yerdə sizə çatacaq. Möhtəşəm nailiyyətlərimizi itirməyimiz üçün bizə böyük təzyiq göstərilir. Mən buna imkan verməyəcəyəm”, - Netanyahu vurğulayıb.