Mədəniyyət - Atatv.az
Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Prezident İlham Əliyevə təşəkkür edib
Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Tamara Mirzəyeva bəstəkarın nəşinin vətənə gətirilməsi və dəfn mərasiminin təşkili istiqamətində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Tamara Mirzəyeva bəstəkarın son mənzilə yola salınması üçün göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu çətin günlərdə ailəsinə dövlət dəstəyinə görə təşəkkürünü ifadə edib.
Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat ayrılacaq
"2027-ci ilin dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat vəsait proqnozlaşdırılıb”.
Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb.
Qərbi Azərbaycan xalqımızın mədəniyyətində tutduğu yer Mədəni irsin izləri
SUMQAYIT MƏDƏNİYYƏTİNİN DƏYƏRLİ SƏNƏTKARI ASLAN FƏTULLAYEV VƏFAT EDİB
Üçrəngli Zəfər kölgəsi: tarixdən əbədiyyətə ucalan İstiqlal simvolu
Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır
2028-ci ildə Avropa siyasi icmasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Avropanın siyasi icmasında 50-dən artıq ölkə var. Mədəniyyətlərarası forum da iki ildən bir keçirilir. Yəni bir ölkədə, bir şəhərdə iki qlobal tədbir keçiriləcək. Bu bizə olan hörmətin təzahürüdür. Azərbaycanın sabit siyasəti, çoxtərəfli mədəniyyəti sədləri yox, körpüləri salan bir ölkə kimi tanınması inkişafa söykənir.
Bu ay biz AQEM-in görüşünü keçirdik. Bu, Asiyada əməkdaşlıq və qarşılıqlı etimad tədbirləri təşkilatıdır, həmin təşkilatda 30 ölkə var. Sədrliyimiz daha iki il müddətinə uzadıldı. Ötən il Azərbaycan tamhüquqlu üzv kimi Mərkəzi Asiya dövlətlərinin Məşvərət Şurasına dəvət edildi. Burada Mərkəzi Asiya və Azərbaycan bir araya gəlir. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Asiyada yox, Qafqazda yerləşir. Biz oynadığımız rola və müxtəlif aspektlərə hörmət əlaməti olaraq ora dəvət almışıq. Bütün bu addımlar, sözün əsl mənasında, bizim beynəlxalq səhnədəki rol və potensialımızı göstərir.
Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
"Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir.
Vətənə bağlanan ömür, göylərə ucalan ad: Şəhid Orxan Qəhrəmanovun unudulmaz dastanı
Yasamal rayonunda şəhidlər yad edilib
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının premyerası baş tutub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasını izləyib.
Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni "Turandot" xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev və rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster və Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.
Tamaşada üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf rollarını müxtəlif solistlər ifa edəcək və dirijor kürsüsündə fərqli maestrolar olacaq.
Oktyabrın 24-də məşhur Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və beynəlxalq səhnədə ən tanınmış Azərbaycan opera müğənnilərindən biri olan Xalq artisti Yusif Eyvazov ifa edib. Bu partiya Yusif Eyvazov üçün özünəməxsus vizit kartına çevrilib. Eyni zamanda, bu, məşhur tenorun onu Azərbaycanda ilk dəfə ifa etməsi idi. Elə həmin axşam Turandot rolunu italyan sopranosu Karmen Cannattazio ifa edib və italyan maestro Beatriçe Venezi dirijor kürsüsündə olub.
Yusif Eyvazov tamaşadan əvvəl keçirilən mətbuat konfransında "Turandot" operasının premyerasını tarixi hadisə adlandırıb. Xalq artisti qeyd edib ki, 98 il sonra "Turandot" yenidən Azərbaycan səhnəsinə qayıdır. Rejissor Mikayıl Mikayılov və quruluşçu rəssam Mustafa Mustafayevin təqdim etdiyi bu yeni tamaşa çox yüksək səviyyəyə malikdir. Azərbaycanlı sənətçilərə xarici opera solistləri də qoşulacaq.
Quruluşçu rejissor Mikayıl Mikayılov əlavə edib ki, teatr truppası çox böyük əmək sərf edib. "Ümid edirik ki, tamaşaçılar səylərimizi qiymətləndirəcək və tamaşadan zövq alacaqlar. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik çox əlamətdar hadisədir", - deyə o bildirib.
"Turandot" Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.
Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk "Turandot" tamaşası olub.
Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənə qədər "Turandot" üzərində işləyib. Amma məşhur əsərini tamamlamaq ona qismət olmayıb. Operanın son hissəsini Puççininin notları əsasında Franko Alfano tamamlayıb.