Atatv.az
Fazil Məmmədov nazir müavini təyin olundu
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı, Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi qeyd olunub.
Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli kimi "yaşıl enerji" layihələrinin regional və qlobal əhəmiyyətini qeyd ediblər.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə səfirə ətraflı məlumat verib.
Səfir Qiorqi Zakaraşvili səmimi qəbula görə təşəkkürünü bildirərək, bu vəzifədə xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. O, fəaliyyəti dövründə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
İrsdən gələcəyə: Mehriban Əliyevanın mədəni, humanitar və ictimai fəaliyyət yolu
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının (XTQ) iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Özbəkistanda keçirilən təlimdə Azərbaycan hərbi qulluqçuları ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırılmasına yönəldilib.
Plana əsasən iştirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi, eləcə də müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən, xüsusi vasitələrdən gündüz və gecə şəraitində atışlar yerinə yetiriblər.
Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın bacarıqlarını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb.
Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.
Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycanın qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və s. məsələlərlə bağlı xarici siyasət istiqamətlərində əsas prioritetlərini ortaya qoydu.
Prezidentin çıxışında Azərbaycanın bundan sonrakı diplomatik kursunun əsas prinsipləri bir daha aydın şəkildə ortaya qoyuldu. Bəyan edildi ki, Azərbaycanın xarici siyasətinin əsasını bundan sonra da müstəqillik, milli maraqların qorunması, dövlət suverenliyi, çoxşaxəli beynəlxalq əlaqələr və heç bir siyasi düşərgədən asılı olmamaq təşkil edəcək.
Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycan xarici siyasətini elə qurmalıdır ki, heç kim ölkənin daxili işlərinə müdaxilə edə bilməsin. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan müstəqil aktor kimi mövqeyini qorumaq niyyətini nümayiş etdirir.
Prezident bildirib ki, xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır və nüfuzumuz artır:
"Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu, bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər".
Və Azərbaycanın da seçilməsi təsadüfi deyil. İlham Əliyevin də qeyd etdiyi kimi, bunun səbəbi Azərbaycana olan inamdır: "Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər".
Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələləri göstərib ki, dövlətin siyasi, iqtisadi və hərbi baxımdan güclü olması onun xarici siyasətdə manevr imkanlarını genişləndirir. Və xarici siyasətimizin ən mühüm xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə paralel şəkildə münasibətlər qurmasıdır. Azərbaycan çoxsaylı ölkələrlə, o cümlədən dünyanın müxtəlif qütbləri ilə əlaqələr saxlayır və öz maraqlarını müdafiə edir. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə yalnız bir güc mərkəzinə bağlanmır. Əksinə, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur. Bu isə ölkəyə mürəkkəb və sürətlə dəyişən beynəlxalq şəraitdə daha geniş diplomatik manevr imkanları verir.
Azərbaycanın yürütdüyü xarici siyasət kursunun mahiyyəti nədir? Bu siyasət heç bir düşərgəyə qoşulmamaqdan ibarətdir və Prezidentin də ifadə etdiyi kimi bundan sonra da belə olacaq. Və bu yanaşma ölkənin xarici siyasətində strateji müstəqilliyin qorunmasının əsas göstəricilərindən biri kimi təqdim olunur. Xarici siyasət modelini bir cümlə ilə ifadə etmək mümkündür: dost və tərəfdaşların sayını artırmaq, lakin milli maraqlar hesabına heç bir asılılıq yaratmamaq.
Azərbaycan geniş geosiyasi proseslərin iştirakçısıdır
Prezidentin çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə, bu, ölkənin son illərdə əldə etdiyi diplomatik nəticələrin miqyasını göstərir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının artması, müxtəlif siyasi və iqtisadi platformalarda iştirakının genişlənməsi ölkənin yalnız Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb.
Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsini də xüsusi hadisə kimi qeyd edib. Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, region dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafı onun həmin platformaya inteqrasiyasına zəmin yaradıb. Bu fakt Azərbaycanın xarici siyasətində coğrafi sərhədlərin imkanlarından daha geniş yararlanma ənənəsinin formalaşdığını göstərir. Bakı həm Qərb, həm Şərq, həm Şimal, həm də Cənub istiqamətlərində əlaqələrini inkişaf etdirərək özünü müxtəlif regionları birləşdirən mühüm tərəfdaş kimi təqdim edir.
Çin və ABŞ ilə strateji tərəfdaşlıq
"Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam".
Prezident bununla da, Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanmasını Azərbaycanın xarici siyasətində mühüm hadisələr kimi qiymətləndirib. Bu iki ölkənin dünya siyasətindəki çəkisi nəzərə alınarsa, Azərbaycanın hər iki istiqamətdə strateji tərəfdaşlıq münasibətləri qurması Bakının xarici siyasətinin balanslaşdırılmış xarakterini göstərir.
Çin dünyanın əsas iqtisadi və geosiyasi güclərindən biri, ABŞ isə qlobal siyasi, iqtisadi və təhlükəsizlik sistemində aparıcı dövlətlərdən biri olaraq qalır. Bu iki fərqli güc mərkəzi ilə eyni vaxtda strateji münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın heç bir qütbün qarşısında digər tərəfi seçmək məcburiyyətində olmadığını nümayiş etdirir. Burada əsas məsələ tərəf seçmək deyil, Azərbaycanın milli maraqlarına uyğun tərəfdaşlıq imkanlarından istifadə etməkdir.
İslam dünyasında Azərbaycanın artan rolu
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də İslam dünyası ilə əlaqələrin inkişaf etdirilməsidir. Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini mühüm hadisə kimi qeyd edib. Və bəyan edib ki, 30 il ərzində ora bir dənə də olsun yeni üzv qəbul edilməyib və tək Azərbaycan bu şərəfli məsələyə nail oldu, artıq D-8-in üzvüyük:
"İslam Əməkdaşlıq Təşkilatı ilə bizim çox sıx əlaqələrimiz var. Gələn il Azərbaycanda Zirvə Görüşü keçirilməlidir. Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq, çünki bu gün əfsuslar ki, İslam ölkələri bir-biri ilə müharibə aparırlar. Bu bizi çox narahat edir, çox məyus edir, bu olmamalı idi heç vaxt. Hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır".
Prezidentin bu sözlərində ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan müsəlman dövlətləri arasında sülh əmin-amanlığın təmin olunmasına çalışır. Və islam dünyası da bu mesaja xüsusi önəm verməli, qiymətləndirməlidir. Azərbaycanın İslam dünyasında oynadığı rol təkcə siyasi münasibətlərlə məhdudlaşmır və Bakı İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqində də fəallıq göstərir.
Avropa ilə münasibətlərdə strateji tərəfdaşlıq
Avropa İttifaqına üzv dövlətlərlə münasibətləri də Azərbaycanın xarici siyasətin mühüm istiqamətlərindən biri kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev Azərbaycanın Aİ-nin bir sıra üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlərə malik olduğunu bildirib və əlavə edib ki, bu format artıq 10 Aİ üzv dövlətini əhatə edir.
Bu münasibətlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat və logistika sistemində və regional əməkdaşlıq layihələrində rolunu artırır. Enerji məsələsi burada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın neft, qaz, elektrik enerjisi və digər enerji resurslarının ixrac imkanları ölkənin beynəlxalq iqtisadi və siyasi çəkisinin artmasına şərait yaradır. Prezident çıxışında enerji təhlükəsizliyinin milli təhlükəsizliklə birbaşa bağlı olduğunu vurğulayıb.
Beləliklə, İlham Əliyevin qurultayda xarici siyasətlə bağlı çıxışı Azərbaycanın yeni geosiyasi mərhələdə öz qarşısına qoyduğu məqsədləri aydın şəkildə ortaya qoyur. Bu kursun əsasını milli maraqların müdafiəsi, güclü dövlət, balanslaşdırılmış tərəfdaşlıq diplomatiyası təşkil edir.
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.
Mətndə deyilir:
"Zati-aliləri,
Xanımlar və cənablar,
Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.
COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, Azərbaycan davamlılığın təmin edilməsinə və qlobal iqlim gündəliyinin irəlilədilməsinə sarsılmaz sadiqliyini nümayiş etdirərək bu yüksəksəviyyəli tədbirə qoşulur. COP tədbiri ilə bağlı təcrübəmiz iqlim fəaliyyətinin nə təxirə salına, nə də təcrid olunmuş şəkildə həyata keçiriləcəyini bir daha təsdiqlədi. Bu gün buraya Bakı COP29-un irsini qarşıdakı əsas qərarlarla əlaqələndirmək və Azərbaycanda qurulan dinamikanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci Sessiyasının (COP31) uğurla keçirilməsinə aparan yolu birbaşa dəstəkləməsini təmin etmək üçün toplaşmışıq.
Bu tədbirin Sakit okean regionunda, xüsusən də iqlim dəyişmələrinin gündəlik reallıq olduğu ölkələr Tuvalu və Ficidə keçirilməsi rəmzi məna daşıyır. Bu gün Yer kürəsində heç bir region iqlim dəyişmələrinin təsirlərindən kənarda qalmayıb, lakin Tuvalu kimi bəzi ölkələr üçün bu, ekzistensial təhdid yaradır.
Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlimlə bağlı çağırışlarla üzləşsə də, biz inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim böhranına ən çox məruz qaldığını qəbul edirik. Bu dövlətlər qlobal istixana qazları tullantılarına cüzi səbəb olmalarına baxmayaraq, iqlim dəyişmələri onların iqtisadiyyatına və infrastrukturuna qeyri-mütənasib şəkildə təsir göstərir, dolanışıq mənbələrini və ekosistemləri məhv edir.
Azərbaycan bu böhranın ən ağır nəticələri ilə üzləşən ölkələri səslərinin yalnız eşidilməsini deyil, həm də onların qlobal iqlim siyasətinin formalaşdırılmasına fəal töhfə verməklərinin tərəfdarı olaraq çıxış edib. Bu ölkələrin özünəməxsus həssaslıqlarının aradan qaldırılması daha sıx beynəlxalq əməkdaşlıq və əlaqələndirilmiş qlobal fəaliyyət tələb edir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək ümumi məsuliyyətimiz olmaqla yanaşı, heç bir dövlətin diqqətdən kənarda qalmamasını təmin etmək uğrunda yönəlmiş mənəvi borcumuzdur.
Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq. COP29-dan əvvəl Baham adaları, Tonqa və Tuvalu liderləri Azərbaycanda bir araya gəldilər. Bu səfər inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını vurğulayan və daha güclü qlobal iqlim tədbirlərinə çağırış edən Bakı Kommünikesinin qəbul edilməsi ilə nəticələndi.
COP29 inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizdə yeni bir mərhələnin əsasını qoydu. 2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı. Bu Sammitdə inkişaf etmiş bütün ölkələri, xüsusilə də müstəmləkə keçmişi olan ölkələri inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə mübarizədə dəstək olmaq üçün töhfələrini əhəmiyyətli dərəcədə artırmağa çağırdım.
Çoxtərəfli əməkdaşlığımızla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərini onların milli prioritetlərinə və inkişaf üzrə ehtiyaclarına uyğunlaşdırılmış ikitərəfli əməkdaşlıq vasitəsilə də dəstəklədik. Dünyada ən çox fəlakətlə üzləşən bir sıra ölkələrə qasırğaların, zəlzələlərin və daşqınların təsirlərinin azaldılmasında dəstək verdik. Həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini dəstəklədik. İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin Təhsil Qrantı Proqramımızdan faydalanması onların vətəndaşlarına Azərbaycandakı universitetlərdə təhsil almasına imkan yaratdı.
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə dayanıqlılığını artırmaq üçün daha bir mühüm addım olaraq, 2024-cü ildə Azərbaycan və Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir. Millətlər Birliyi ilə əməkdaşlığımız, həmçinin ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycan Kosmik Agentliyi - Azərkosmos tərəfindən təqdim edilən peyk məlumatlarından istifadəni də nəzərdə tutur.
Zati-aliləri,
Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir. Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik.
Ümid edirəm ki, bu toplantı kollektiv səsimizi daha da gücləndirəcək və Antalyada keçiriləcək COP31-ə hazırlıq ərəfəsində mühüm addım olacaq. Fürsətdən istifadə edərək, Türkiyənin və Avstraliyanın qarşıdan gələn COP31 sədrliyinə Azərbaycanın tam dəstəyini ifadə edir və müxtəlif qitələri birləşdirən bu unikal tərəfdaşlıq formatını yüksək qiymətləndirdiyimi bildirirəm.
Keçmiş Nazir Müəllimlərin Maaşından Danışdı
Anar Bayramov Qubada vətəndaşları qəbu edəcək
TƏBİB-in İcraçı direktoru Anar Bayramov oktyabrın 16-da Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edəcək.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbul Quba Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
Azərbaycanın həyata keçirdiyi "yaşıl enerji dəhlizi" layihələri Böyük Britaniya şirkətləri qarşısında yeni perspektivlər açır.
Bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VIII iclasında deyib.
Nazirin sözlərinə görə, dünya miqyasında dəyişən enerji landşaftı elektrik şəbəkələrinin və regional əlaqələrin strateji rolunu daha da artırır: