Atatv.az
Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
Ukrayna qüvvələri avqustun 22-də Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk neftdaşıma kompleksinin yanacaq-sürtkü materialları rezervuarlarını vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu zamanı bildirib.
Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor qismində Özbəkistan regionlarının birində yerləşən perspektivli "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.
"Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bu gün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olunacağı, yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək", - M.Cabbarov vurğulayıb.
Nazir əlavə edib ki, "AzerGold" QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilatla məşğul olacaq.
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram"da bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye rayonuna yeddi dəfə zərbə endirib. Nəticədə fərdi yaşayış evlərinə ziyan dəyib.
"İki nəfər həlak olub. Daha 15 nəfər yaralanıb, onların arasında uşaq da var", - Fyodorov bildirib.
Türkiyədə helikopter qəzaya uğrayıb
Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopter qəzaya uğrayıb.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
Almaniya Ukraynaya humanitar yardım çərçivəsində əlavə 50 milyon avro ayırmağa hazır olduğunu bəyan edib.
Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful məlumat verib.
Sözügedən vəsait birbaşa cəbhə xəttinə yaxın ərazilərdə təcili yardım göstərən təşkilatlara yönəldiləcək. Almaniyalı diplomatın sözlərinə görə, Berlin indidən Ukraynanın qış mövsümünə hazırlığına dəstək vermək üçün intensiv iş aparır.
Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib
Kiyev regionunun Borispol bölgəsində partlayış səsləri eşidilib.
Bu barədə Ukrayna mediası Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayıb.
Borispol bölgəsinə təxminən 7 raketin atıldığı bildirilir.
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
72 yaşlı aktrisanın vəziyyəti ağırdır. O, Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.
Kitabxana və kitabxanaçılara qarşı LAQEYD MÜNASİBƏT yolverilməzdir
Əsrlərdir ki, kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını əhatə edir. Həmçinin hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsidir. Yəni cəmiyyət üçün çox vacib , önəmli, tələbatlı sahədir. Hansı ki, elm, mədəniyyət, iqtisadiyyat, hərb və digər sahələrdən asılı olmayaraq qazandığımız dünyagörüş, sahib olduğumuz bilik və təcrübə kitabxana və onda saxlanılan xəzinə dolusuna görədir. Vaxtilə hər kəsin, hətta sıravi vətəndaş , əli qabarlı kəndilinin evində balaca bir kitab rəfi, guşəsi olardı. İnsanlar hüzurunu, sadə yaşayışının dincliyini, asudə zamanını o kitabları mütaliə etməklə keçirər, hətta tez-tez yolunu ən yaxın kitabxanalardan salardı. Çünki oxumaq, öyrənmək mənsəb sahəsi deyil, vətəndaş məsuliyyəti, insanın ruhu-mənəvi qidası idi. Daimi oxucular vardır ki, kitabxananın və kitabxanaçıların sevimlisi olaraq gəlişi onlara hədiyyə sayılardı. Çünki çox kitabxanaçı işinə məsuliyyətlə yanaşıb, oxucu çoxluğunun tək işçisi olduğu kitabxanaya görə deyil, həm də cəmiyyətə böyük dəyər qatdığının fərqində idi. Bir cəmiyyətin kitab mütaliəçisi çox olarsa onu idarə etmək, aciz və qorxaq görmək çətin ki, mümkün olsun. Təsadüfü də deyil ki, ölkənin paytaxt, iri şəhərlərində, bütün rayon və kəndlərində kitabxanaların fəaliyyət göstərməsi bu mənada uğurlu addımdır. İllər öncə ölkəmizdə də az qala iri kənddə iki kitabxana fəaliyyət göstərirdi. İndi isə artıq bir çox kəndlərin qıfıllı kitabxanaları tamamilə ləvğ edilib. Ona görə qıfıllı ki, onsuz da bəzi kənd kitabxanaları kitab oxucusu yoxluğundan illərdir qapısından iri qıfıl asılır, kitabxanaçı aylarla doğma məkanda görünmürdü. Bu əslində beyinlərə, düşüncələrə vurulan qıfıl idi. Kitab mədəniyyəti, intellektual və istedadlı oxucu rəftarını məqsədli şəkildə yox etdilər. İndi də Mədəniyyət Nazirliyi belə qərar gəldi ki, kitabxanalar və kitabxanaçılar artıqlıq təşkil edir. Media və sosial platformalarda çoxsaylı etiraz və məsələnin müxtəlif ekspertlər tərəfindən müzakirəsi mədəniyyət naziri Adil Kərimlini də dilləndirdi. Nazirə görə kütləvi ixtisar və kitabxanaların ləğvi heç də məqsədli deyil, guya dünya standartlarına uyğunlaşmaq amaclı atılan yeni modelə əsaslanıb. Optimmallaşdırma adı ilə gedən bu yeni model ölkə üzrə mövcud 3400 kitabxananın birləşdirilməsinə yönəlib.
Nazir müavini Fərid Cəfərov açıqlama verir ki, kitabxanaların 90 faizdən çoxu bina, struktur, xidmət sahəsi və digər göstəricilər baxımından beynəlxalq standartlara cavab vermir. Həmçinin kitabxana sistemində peşəkar kadr çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilir. Hesabatda qeyd olunur ki, sistemdə çalışan işçilərin 7,7 faizinin ixtisas, 42 faizinin isə orta təhsilli olduğu bildirilir. Ölkə üzrə kitabxanaların ümumi kitab fondu 18 894 915 nüsxə təşkil edir. Kitabxanalarda qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 260 nəfərdir, yəni heç bir milyona çatmır. Yeni modeldə isə kitabxanaların müasir standartlara uyğun oxu zalı və mədəni fəaliyyət mərkəzinə çevrilməsi, kitab fondunun IFLA standartlarına uyğun komplektləşdirilməsi planlaşdırılır. Hətta vətəndaş tək şəxsiyyət vəsiqəsi ilə bütün ölkə kitabxanalarından oxucu kimi rahat istifadə ediləcək. Elektron kitabxana isə mobil telefonlardan əlçatan olacaq.
Xub, nazir və nazir müavinin çıxışı maraqlı olsa da ancaq gerçəklikdə baş verənlər daha çox illərdir 300-400 manat məvacibə çalışan kitabxanaçıların çətin imtahana salıb işini əlindən almaq qəsdindən başqa müsbət məqamının olmadığını göstərir. Hətta çoxsaylı işini itirmiş kitabxanaçılar arasında ali ixtissas təhsilli , özü də fərqlənmə ilə diplomu seçilən işçinin əmək müqaviləsinə xitam verilməsi artıq bunun büdcəyə qənaət qəsdindən başqa anlam daşımır. Əgər hədəf 42 faiz naməlum yollarla zamanında işə götürülən orta təhsilli işçilərin ixtisarı idisə, zamanında bu addım niyə şəffaf atılmayıb ki, indi də qurunun hesabına yaşlar güdaza gedir. Onu da qeyd edim ki, ixtisara salınan qırmızı diplomu kitabxanaçı həm də ingilis dilini əla bilir. Görəsən, nazirliyin özündə qırmızı diplomlu, ingilis dilli neçə mütəxəssis çalışır ki, Göyçay rayonunda belə bir statusa malik işçisini rahatlıqla ixtisara salır, yoxsa nazirliyə vaxtilə tapşırıq, rüşvət hesabına yolunu kitabxana salmış təhsilsiz işçilərin qalması qane edir?
Belə işçilər tək deyil, yüzlərlə idi. Hansı ki, çoxunun ixtisar xəbərini, etiraz və göz yaşını sosial media səhfələrindən görməmək, müşahidə etməmək olmurdu. Çoxu da ailənin yeganə çörək ağacı, gəlir mənbəyidir. Əhalinin onsuz da sosial-iqtisadi durumu gərgin, ağırdır. Bir də əllərində qalan minimum əmək haqqına da göz qoyulması yəqin ki, vətəndaşa qarşı qəsd, kitabxanalara qarşı soyqırımdır.
Cənab nazir, 3400 kitabxananı və onun işçilərini saxlamaq belə çox çətindir, yoxsa dövlət büdcəsi mimumum əməkhaqqı alanların hesabına qənaət rejiminə keçməlidir?
Məncə ağıllı sualdır, ancaq çox tutarlı cavab istərdim, çətin ki, ağıllı cavab gəlsin. Onsuz da ildən-ilə bozlaşan, mədəniyyət və təhsildən uzaq düşən cəmiyyət ancaq küt qalmağa məhkumdur. Kütləni isə idarə etmək olduqca rahat, əlverişli və təhlükəsizdir. “Elmin gücü, yıxar bürcü” deyiblər.Son zamanlar da əhali qalıb bürc proqnozu əlində . Əlbətt ki, kitabdan, kitabxanalardan uzaq düşdükcə savadsız adam kor olduğundan ümüdümüz qalar bürc proqnozuna...
ATA TV-nin təsisçisi, baş redaktor
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,44 ABŞ dolları və ya 0,45 % artaraq 97,12 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 94,43 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 ABŞ dolları və ya 0,7 % artaraq 93,7 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
İran Qətərdə saxlanılan iranlı pilotların səhhətinin pisləşməsi barədə xəbərdarlıq edib.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran ordusunun Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri general Məhəmməd Baqerzadeh bildirib.
O, Beynəlxalq Qızıl Xaç Komitəsindən yaralı və xəstə əsirlərin mümkün qədər tez İrana gətirilməsi üçün hava ambulansı göndərilməsini istəyib.
General İran ekspert qrupunun qəbul edilməsi ilə bağlı Qətər hökumətinin addımını alqışlayaraq, Dohanın iranlı əsirlərin müayinə prosesinin sürətləndirilməsi üçün əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
O deyib ki, əsirlərin su üzərində saxlanıldığı yer onların sağlamlığının qorunması üçün əlverişli şərait yaratmır.