Uşağına Polad və Xudayar adı qoyanların sayı artıb

maraqli
3 may 2021
17:30
Uşağına Polad və Xudayar adı qoyanların sayı artıb


2021-ci ildə yeni doğulan 99 uşağa Polad adı qoyulub.

Bu barədə Ədliyyə Nazirliyinin adlar üzrə elektron statistika bölməsində qeyd olunub. Bundan əlavə, cari ildə yeni doğulan 18 körpəyə isə Xudayar adı verilib.

Qeyd edək ki, ötən il isə ümumilikdə 3 nəfərə Xudayar, 193 uşağa isə Polad adı qoyulub.

Xatırladaq ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra məşhurlaşıb. Xudayar adı isə Vətən müharibəsi zamanı "Vətən yaxşıdır…" təsnifi ilə məşhurlaşan şəhid gizir Xudayar Yusifzadənin adıyla bağlıdır.