Sabah Zelenski ilə Ərdoğan arasında təkbətək görüş keçiriləcək

siyaset
9 apr 2021
18:38
Sabah Zelenski ilə Ərdoğan arasında təkbətək görüş keçiriləcək


Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 10-da Türkiyəyə səfəri baş tutacaq.

“TRThaber” məlumat verir ki, V. Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş İstanbulda baş tutacaq.

Xəbərdə həmçinin qeyd olunur ki, sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək.

Şuranın toplantısı çərçivəsində iki ölkə arasında müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələləri müzakirə ediləcək.

Toplantıda həmçinin Krım tatar xalqının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlik ortaq layihələr barədə də fikir mübadiləsi aparılacaq.