Hikmət Hacıyev Brüsseldə Aİ rəsmisi ilə görüşdü

siyaset
18 may 2021
09:17
Hikmət Hacıyev Brüsseldə Aİ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Bu barədə Oliver Varhelyi özünün tvitterdəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19 pandemiyasından sonrakı iqtisadi bərpa, TAP kəmərinin potensialı müzakirə edilib.