Prezident Oljas Süleymenova “Şərəf” ordeni verdi

siyaset
18 may 2021
15:38
Prezident Oljas Süleymenova “Şərəf” ordeni verdi

Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenovu təltif edib.

Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Qazaxıstanın məşhur yazıçısı O. Süleymenovun bu gün 85 yaşı tamam olur.