30 noyabr şəhidlərinin ailələrinə veriləcək ödənişlər açıqlanıb

sosial
3 dek 2021
22:27
30 noyabr şəhidlərinin ailələrinə veriləcək ödənişlər açıqlanıb

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, şəhid statusu üçün nəzərdə tutulan bütün ödənişlər – müavinət, kompensasiya, pensiya, təqaüdlər onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı həyata keçiriləcək.

"Eyni zamanda, bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq. Artıq nazirliyin Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə işlərə başlayıb. Həmin ailələrin sənədlərinin toplanmasına başlanılıb”, - nazir qeyd edib.
27.01.2022
14:00
Sabah qar yağacaq