Azərbaycanda rejissor komaya düşərək ÖLDÜ

sou
10 yan 2023
22:08
Azərbaycanda rejissor komaya düşərək ÖLDÜ


Azərbaycanlı rejissor Anar Hüseynov dünyasını dəyişib.

Bu barədə müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım edib.

Mərhumun qardaşı Vüqar Hüseynov axşam.az-a onun ölüm səbəbini açıqlayıb:

“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.