“Real Madrid”in futbolçusu ağır cəza il üz-üzə

sou
17 apr 2023
18:50
“Real Madrid”in futbolçusu ağır cəza il üz-üzə


“Real Madrid”in futbolçusu Federiko Valverde 12 oyunluq cəza ala bilər.

Buna səbəb uruqvaylı yarımmüdafiəçinin La Liqanın XXVIII turunda “Vilyarreal”la matçdan (2:3) sonra rəqib komandanın üzvü Aleks Baenanı vurmasıdır. Aqressiv davranışına görə o, minimum 4, maksumum 12 oyunluq diskvalifikasiya oluna bilər.

Xatırladaq ki, sözügedən matç zamanı Baena Valverdenin həyat yoldaşının körpəni itirmiş ola biləcəyi ilə bağlı ifadələr işlədib. Qarşılaşmadan sonra isə uruqvaylı oyunçu onu yumruqla vurub.
Mənbə: “Relevo”