• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH

Gündəm / Siyasət

Вчера, 17:37

Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH


Fransanın silah ixracının həcmi ötən illərlə müqayisədə azalıb. Parlamentə təqdim olunan illik hökumət hesabatının məlumatlarına görə, 2025-ci ildə Paris 21,2 milyard avro məbləğində xarici silah müqavilələri bağlayıb. Bu da 2024-cü ildəki 21,6 milyard avrodan bir qədər azdır.

Göstərici cüzi azalma kimi dəyələrdirilsə də, son dörd ildə Fransanın silah ixracında geriləmə müşahidə olunur. Bu müddət üzrə gəlir və sifarişlərin dinamikasına nəzər salaq: 2025-ci ildə 21,2 mlrd. avro; 2024-cü ildə 21,6 mlrd. avro; 2023-cü ildə 8,2 mlrd. avro, 2022-ci ildə 26,9 mlrd. avro.

Hindistan Fransa silahlarının başlıca idxalçısıdır. Onun payı bütün sifarişlərin təxminən üçdə birini (6,9 mlrd. avro) təşkil edir. Ümumilikdə isə Asiya regionu bu istiqamət Fransanın silah ixracatının təxminən 43%-ni formalaşdırır. Qalan hissəsi Avropa İtiffaqı ölkələrinin payına düşür. Bu siyahıda Yunanıstan 27%-lə liderdir.

Yeri gəlmişkən, 2026-cı il iyunun 8-də Fransa, Yunanıstan və yunan Kipri arasında Qüvvələrin Statusu haqqında üçtərəfli Saziş imzalanıb. Bundan əvvəl Fransa ilə Kipr arasında əsas ikitərəfli hərbi saziş bağlanmışdı.

Üçtərəfli saziş fransız hərbçilərin yunan Kipri ərazisində müvəqqəti yerləşdirilməsi, birgə təlimlərin keçirilməsi, texnoloji mübadilə və logistik dəstək üçün hüquqi bazanı müəyyən edir.

Kipr Respublikası bu il Fransa istehsallı müasir zirehli texnikanın ("Griffon", "Serval" və "EBRC Jaguar" zirehli maşınları daxil olmaqla) alınmasını, həmçinin birgə müdafiə istehsalının inkişafını və Yunanıstanla koordinasiyanı müzakirə edir.

Silah satışı və hərbi sahədə əməkdaşlıqla yanaşı, Fransa Şərqi Aralıq dənizində ümumi təhlükəsizlik arxitekturasını və Kipr Respublikasına dəstəyi dolayısı ilə gücləndirir. Başqa sözlə, fransızlar bu bölgədə mövcudluqlarını təmin etmiş olublar.

Üçtərəfli Sazişin ümumi dəyəri təxminən 800 milyon avrodur ki, bu da 2026–2030-cu illər ərzində SAFE xətti ilə Kiprə əlçatan olan 1,181 milyard avroluq ümumi kredit limitinin üçdə ikisini təşkil edir.

Fransa ilə silah ticarəti edən, Azərbaycan və Türkiyə üçün maraqlı olan ölkələrdən biri də Ermənistandır. Bu ölkə Fransa ilə 2023–2024-cü illərdə ümumilikdə 274,5 milyon avro məbləğində silah tədarükü müqavilələri bağlayıb. Bundan əlavə, Fransa Ermənistan üçün rekord həcmdə - 2,756 milyard avrolıq "çətir" ixrac lisenziyalarını təsdiqləyib ki, bu da bürokratik gecikmələr olmadan illər ərzində potensial müdafiə sövdələşmələri üçün hüquqi limit müəyyən edir.

Ermənistan Fransadan 155 mm çaplı CAESAR özüyeriyən artilleriya qurğuları, "Thales Ground Master 200 (GM200)" hava müşahidə radarları, həmçinin daşınan zenit-raket komplekslərinin (DZRK) - "Mistral" alınması barədə müqavilələr imzalayıb və s.

Fransa Yaxın Şərq ölkələrinə və Ukraynaya da silah ixrac edir. Paris Birləşmiş Ərəb Əmirliyinə 80 ədəd "Rafale" qırıcısına dair iri müqavilə ilə bağlı tarixi rekorda imza atıb.

Fransa dünya üzrə silah satışında yüksək yer tutsa da, onun hərbi sənaye kompleksi qlobal silahlanma yarışı fonunda ciddi sınaqlarla üz-üzədir. Dövlət aviasiya və dəniz donanmasında üstünlükləri olsa da, quru qüvvələrinə aid hərbi texnika sahəsində uğursuzluqlara məruz qalıb. Belə ki, zirehli texnika və quru sistemlərinin payı cəmi12%, radar və rabitə sistemlərininki isə yalnız 2% təşkil edir. Məhz bu seqmentlərdə hazırda Ukraynadakı münaqişə səbəbindən ehtiyatların tükənməsi fonunda ən sərt çatışmazlıq və rəqabətin müşahidə olunduğuna dair xəbərlər yayılıb.

Fransanın yaxın illərdə silah ixracında mövcud yerini tərk edəcəyi də istisna olunmur. Bunu əsas səbəblərindən biri bazara yeni oyunçuların gəlməsidir. Onların istehsal etdiyi texnika, sursat və avadanlıq ucuz olmaqla yanaşı, keyifiyyətcə fransızlarınkından geri qalmır. Bunlardan biri Türkiyədir. O, ixracatını ötən illərlə müqayisədə üç dəfə artırıb. Türkiyə PUA istehsalında dünyanın ilk üçlüyünə daxildir. "Baykar" pilotsuz uçuş aparatlarını 37 ölkəyə tədarük etməklə aparıcı mövqeyini qoruyur. Digər oyunçu Cənubi Koreya sayılır.

Avropa İttifaqının əsas patronlarından biri sayılan Fransa bu qitədə də silah satışı üzrə mövqeyini itirməkdədir. Avropa kimi bahalı bazarda ABŞ möhkəmlənməyə başlayıb. Fransanın bazardakı başlıca rəqibi də o sayılır.

Rəsmi Vaşinqton NATO-dan olan müttəfiqlərin müdafiə xərclənin artırılmasını istəyəndə, görünür, silah satışı ilə bağlı məsələni də nəzərdə tuturmuş.

Son beş ildə Avropada müdafiə büdcəsi 210 faiz artıb. Fransa hərbi sənaye kompleksi sifarişlərin böyük hissəsini əldə edəcəyini düşünürdü. Ancaq Avropa silah idxalı bazarının, demək olar ki, yarısını - 48%-ni ABŞ ələ keçirməklə onları hədəflərindən mərhum edib.

Mütəxəssislər hesab edirlər ki, Fransanın ixrac modeli ənənəvi olaraq uzunmüddətli tərəfdaşlığa və sifarişçilərin onilliklər ərzində istismar etdiyi sistemlərin tədarükünə əsaslanır. Dünya bazarında isə hazırda milyonlarla mərmi və minlərlə sadə drona ehtiyac duyulur. Belə şəraitdə Fransanın uzunmüddətli sifarişlərin icrası strategiyası çatışmazlıqlarla üzləşir. Bu da nəticədə silah ixracı bazarında mövqeyin zəifləməsi ilə nəticələnir.

Fransanın hərbi sənaye kompleksinə zərbə vuran başqa bir amil isə Afrika dövlətlərinin onu, demək olar ki, boykot etməsidir. Son illərdə qitə ölkələri kütləvi şəkildə fransız hərbi mövcudluğundan, bazalardan və təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina edir. Bunun bir sıra səbəbləri var. Başlıca amil yerli əhalinin və yeni hakimiyyətlərin Fransa müstəmləkəçiliyinin törətdiyi cinayətləri unutmaması, Yelisey sarayına inamsızlıqdır. İkincisi, Fransa hərbi birləşmələrinin Afrika ölkələrində terrorçuluğa qarşı mübarizəsinin səmərəsizliyidir. Üçüncü amil kimi bir sıra dövlətlərdə suverenlik kursuna üstünlük verən yeni hakimiyyətin formalaşmasını göstərmək olar.

Sakit okeanı hövzəsi ölkələri də Fransanın hərbi texnikasından imtina edib. 2021-ci ildə Avstraliya onunla imzaladığı 34 milyadr avroluq "Barracuda" markalı fransız dizel-elektrik sualtı qayıqlarının alınmasına dair "əsrin müqaviləsi"ni birtərəfli qaydada pozdu. Onda rəsmi Kanberra ABŞ və Böyük Britaniyanın liderlik etdiyi AUKUS alyansının xeyrinə addım atmışdı.

2024-cü ildə isə İndoneziya Fransanın "Mirage 2000-5" qırıcı təyyarələrinin alınmasına dair 790 milyon dollar məbləğində planlaşdırılan sövdələşməni ləğv etdi.

Dünyada silah bazarında aparıcı yer tutmaq həm də ölkənin siyasi çəkisinin göstəricisi sayılır. Bu baxımdan, ABŞ dünyanın ən böyük silah ixracatçıları siyahısında birinci yerdədir. O, qlobal silah tədarükünün təxminən 42%-ni təmin edir. Ondan sonrakı yerləri Fransa, Rusiya, Almaniya, Çin və İtaliya tutur.

Türkiyə əsas silah növlərinin ixracı həcminə görə dünyada 11-ci yerdədir. Onun dünya bazarındakı payı təxminən 1,8%-dir. Mütəxəssislərin qənaətincə, Türkiyənin hərbi-sənaye kompleksi yüksəliş dövrünü yaşayır. Ötən ilin yekunlarına görə, onun müdafiə və aerokosmik ixracı tarixi maksimuma çataraq 10 milyard dolları keçib.

Fransa parlamentinin silah ixracı ilə bağlı qəbul etdiyi "cüzi azalma"ya dair hesabatı rəsmi Paris üçün təsəlli də sayıla bilər. Çünki qlobal miqyasda siyasi mövqeyini itirdikcə silah və hərbi-texnika satışında da bu hal özünü göstərə bilər. Afrika və Sakit okean ölkələrinin Yelisey sarayına münasibəti bunu təsdiqləyir...(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

31-08-2026, 14:28

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

Gündəm / Siyasət

2-09-2026, 16:12

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Araşdırma

27-08-2026, 14:13

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Gündəm / Siyasət

2-09-2026, 17:16

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Araşdırma
Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Sosial media və yaşıl gələcək: 1 insan + 1 dəyişiklik
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
Sosial media dövründə ana dilimizi necə qoruyaq?
Hadisə
Вчера, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
Вчера, 09:19
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
2-09-2026, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
1-09-2026, 15:42
Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib
29-08-2026, 11:00
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
26-08-2026, 09:50
Bu gün Laçın Şəhəri Günüdür
Son xəbərlər
  • Сегодня, 08:49
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Вчера, 19:00
    Petr Pavel: Çexiya Ermənistanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır
  • Вчера, 18:30
    Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
  • Вчера, 18:18
    Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
  • Вчера, 18:03
    Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
  • Вчера, 17:37
    Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH
  • Вчера, 17:05
    Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb
  • Вчера, 16:24
    Şagirdlərin yerdəyişməsi dayandırılır
  • Вчера, 15:40
    Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub
  • Вчера, 15:09
    "Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
  • Вчера, 14:28
    Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
  • Вчера, 13:10
    Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
  • Вчера, 12:21
    Rusiyanın nəqliyyat naziri: Zelenskinin təhdidləri ilə bağlı xarici aviaşirkətlərə lazımi izahat verdik
  • Вчера, 11:54
    “Çox istəyirəm ki, Azərbaycanın çox tanınmış şair və yazarları ilə burda görüş keçirək”-Rəsul Rzanın Ev -muzeyinden MÜSAHİBƏ
  • Вчера, 11:48
    Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib
  • Вчера, 11:26
    Elşad Həsənov Yasamalı paytaxtın ən nümunəvi rayonlarından birinə çevirib...
  • Вчера, 11:24
    Sığorta bazarı böyüyür, bəs vətəndaşın inamı artırmı?
  • Вчера, 11:09
    Mehriban Əliyeva — insanlara xidmət və xeyirxahlıq nümunəsi
  • Вчера, 11:08
    Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin səhiyyəyə yüksək qayğısının göstəricisidir
  • Вчера, 11:05
    "Öncə döyüşçülər ,sonra mən" -MİLLİ QƏHRƏMAN Valeh Müslümov
  • Вчера, 11:03
    Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək
  • Вчера, 10:21
    FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
  • Вчера, 09:47
    Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq
  • Вчера, 09:19
    Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Вчера, 08:52
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 2-09-2026, 18:24
    Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
  • 2-09-2026, 18:02
    Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • 2-09-2026, 17:16
    Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH
  • 2-09-2026, 17:01
    Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
  • 2-09-2026, 16:12
    Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH
  • 2-09-2026, 15:46
    Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
  • 2-09-2026, 15:25
    Mehriban Əliyeva: xalqa xidmətin mehriban üzü
  • 2-09-2026, 15:22
    VƏTƏN SEVGİSİ İLƏ YADDAŞLARDA QALAN MÜBARİZ İBRAHİMOV
  • 2-09-2026, 15:05
    ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
  • 2-09-2026, 14:25
    İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Yeganə Qəhrəmanova
  • Redaktor: Yaşar Kərimov - Şirvani
  • Xüsusi müxbir: Günel Sabir qızı İsayeva
  • Foto-operator: Mirəli Bayramov
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə