• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...

Gündəm / Araşdırma

Сегодня, 11:50

Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...

Dövlət Məşğulluq Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara əsasən, Azərbaycanda əmək yarmarkalarının sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.Xüsusilə 2024–2025-ci illərin statistikasına baxanda müqayisədə 71 yarmarka çox keçirildiyini görürük. Bununla da artım 48,3% təşkil edib.

Həmin iki ildə 365 əmək yarmarkası keçirildiyi bildirilsə də ümumilikdə təklif olunan iş statistikası və nəticəsi barədə məlumat yetərli deyil. 2025-ci ildə keçirilən 218 yarmarkada 2 221 müəssisə və təşkilat iştirak edib, 18,7 mindən çox vakansiya təqdim olunub. Rəqəmdən də aydın görünür ki, bir il ərzində 18 min vakansiya az deyil. İllər üzrə dəyişikliklərə nəzər yetirək.

2022–2021 -ci illərdə 5-dən 63-ə yüksəlib. 58 yarmarka və ya 1160% artım.
2023–2022: 63-dən 129-a yüksəlib. 66 yarmarka və ya 104,8% artım.
2024–2023: 129-dan 147-yə yüksəlib. 18 yarmarka və ya 14% artım.
2025–2024: 147-dən 218-ə yüksəlib. 71 yarmarka və ya 48,3% artım.


Beləliklə, 2021–2025-ci illər arasında əmək yarmarkalarının sayı 43,6 dəfə artıb. Bu müqayisədə 2021-ci ildəki 5 yarmarka başlanğıc göstəricidir.

2025-ci ildə əmək yarmarkalarının sayının 48,3% artması diqqətçəkən göstəricidir. Lakin yarmarkaların sayının artması avtomatik olaraq işlə təmin olunanların sayının da eyni nisbətdə artması demək deyil. Bu iki göstəricini ayrıca müqayisə etmək lazımdır.

Azərbaycanda əmək yarmarkalarının sayı artır, təqdim olunan vakansiyaların həcmi genişlənir. Lakin əsas sual açıq qalır: bu tədbirlər işsiz vətəndaşların nə qədərini həqiqətən işlə təmin edir, onlardan neçəsi ilə əmək müqaviləsi bağlanılır və həmin iş yerləri nə dərəcədə dayanıqlıdır?

Araşdırmada xüsusilə vacib bir məqam üzə çıxır: 2025-ci ildə 218 əmək yarmarkasında 18,7 min vakansiya təqdim edilsə də, rəsmi hesabatda bu yarmarkalar nəticəsində işlə təmin olunanların sayı cəmi 819 nəfər göstərilir. Bu, yarmarkaların nəticəliliyinin ayrıca araşdırılmasını zəruri edir. Bu necə şəffaf əmək yarmarkasıdır ki, 18 min vakansiyanın təklif olunsun və nəticədə 819 nəfər işsiz vətəndaş işlə təmin olunsun.

Əmək yarmarkaları işsizlərə real iş tapır, yoxsa statistik hesabatları zənginləşdirir? –

Azərbaycanda məşğulluq tədbirlərinin pərdəarxası vəziyyəti qənaətbəxş deyil.

218 əmək yarmarkası, 18,7 min vakansiya, cəmi 819 nəfər işlə təmin olunan şəxs. Rəqəmlər əmək yarmarkalarının effektivliyi ilə bağlı ciddi suallar yaradır.

Azərbaycanda son illər əmək yarmarkalarının təşkili dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunur. Paytaxtda və regionlarda təşkil edilən bu tədbirlərdə yüzlərlə müəssisənin iştirakı, minlərlə vakansiyanın təqdim olunması və işaxtaran vətəndaşların işəgötürənlərlə görüşü barədə məlumatlar mütəmadi yayılır. Ölkədə işsiz əhalinin sayı da ildən-ilə artır. 2026-cı il aprel ayının 1-i vəziyyətinə olan məlumata görə, ölkədə 246,9 min nəfər işsiz kimi qeydiyyata alınıb.

Bu baxımdan əmək yarmarkalarının sayının və təqdim edilən vakansiyaların çoxalması hələ onların effektiv olması demək deyil. Əsas göstərici tədbirə neçə müəssisənin qatılması və neçə vakansiyanın nümayiş etdirilməsi yox, həmin vakansiyaların neçəsinin real işə qəbulla nəticələnməsidir. Əgər yarmarkaya çıxarılan işlər realdırsa, onda hər il minlərlə vətəndaş niyə işsiz qalır.

Məhz bu baxımdan Azərbaycanda əmək yarmarkalarının nəticələrinə daha ciddi yanaşmağa ehtiyac var. 2022-ci ildən 2025-ci ilə qədər əmək yarmarkalarının sayı təxminən 3,5 dəfə artıb. İşsiz vətəndaşların sayı isə dörd il öncə 304.6 min nəfər olub.

Son iki ilin müqayisəsi: Yarmarkalar artıb, bəs işə qəbul?

2024-cü ildə Azərbaycanda 147 əmək yarmarkası təşkil olunub. Bu tədbirlərdə təxminən 1800 müəssisə iştirak edib və 15,7 min vakansiya təqdim edilib.
2025-ci ildə isə göstəricilər daha yüksək olub:

o 218 əmək yarmarkası;
o 2221 müəssisə və təşkilat;
o 18,7 min vakansiya;
o 819 nəfər işlə təmin olunan şəxs.
2024–2025-ci illərin müqayisəsi:
Göstərici 2024 2025 Dəyişiklik
Yarmarkaların sayı 147 218 +48,3%
İşəgötürənlər 1800 2221 +23,4%
Vakansiyalar 15 700 18 700 +19,1%

İşlə təmin olunanlar Açıq məlumat yoxdur 819 Müqayisə mümkün deyil

Burada diqqət çəkən əsas məsələ yarmarkaların sayı ilə real işə qəbul arasındakı fərqdir.

2025-ci ildə təqdim olunan 18,7 min vakansiyaya nisbətdə 819 nəfərin işlə təmin olunması təxminən 4,4 faiz təşkil edir.

Başqa sözlə, təqdim edilən hər 100 vakansiyaya təxminən 4 nəfər işlə təmin olunub.

Bu göstərici əmək yarmarkalarının nəticəliliyinin ciddi şəkildə araşdırılmasını tələb edir.

Amma bir vacib metodoloji məqam da var: 819 nəfər göstəricisi yarmarkalarda işlə təmin olunanlar barədə rəsmi hesabat göstəricisidir. Bu rəqəmin bütün hallarda əmək müqaviləsi ilə rəsmiləşdirilmiş və müəyyən müddət sonra da işdə qalan şəxsləri ifadə edib-etmədiyi ayrıca açıqlanmalıdır.
2024-cü il üzrə isə 15,7 min vakansiyanın neçəsinin real işə qəbul ilə nəticələndiyinə dair müqayisə edilə bilən yekun rəqəm açıq hesabatlarda göstərilmir.

Belə olan halda, yarmarkaların sayının 48 faiz artmasını uğur kimi təqdim etmək mümkündürmü? Nəticə göstəricisi olmadan bu barədə qəti fikir söyləmək çətindir.

Ölkədə işsizlərin sayı nə qədərdir?

Əmək yarmarkalarının effektivliyini qiymətləndirmək üçün ölkədəki ümumi işsizlik vəziyyətinə də nəzər salmaq lazımdır.

Dövlət Statistika Komitəsinin əmək bazarı məlumatlarına əsasən, son illərdə işsiz əhalinin sayı belə olub:

İl İşsiz əhalinin sayı
2022 289,4 min
2023 286,4 min
2024 282,3 min
2022-ci ildən 2024-cü ilə qədər işsizlərin sayı 7,1 min nəfər azalıb.
2024-cü ildə işsizlik səviyyəsi 5,3 faiz təşkil edib.


Pandemiya dövründə, 2020-ci ildə isə işsizlik səviyyəsi 7,2 faizə yüksəlmişdi. Sonrakı illərdə rəsmi göstəricilərdə azalma qeydə alınıb.
Bu rəqəmlər mühüm bir məqamı ortaya qoyur: son dövrlərdə ölkədə işsizliyin artması barədə fikirlər səslənsə də, Dövlət Statistika Komitəsinin əmək qüvvəsi tədqiqatına əsaslanan göstəriciləri 2022–2024-cü illərdə azalma nümayiş etdirir.
Bununla belə, rəsmi işsizlik göstəricisi əmək bazarının bütün problemlərini əks etdirmir. Natamam məşğulluq, qeyri-formal iş, aşağı əməkhaqqı, ixtisasa uyğun iş tapa bilməmək və əmək bazarından kənarda qalan şəxslər ayrıca qiymətləndirilməlidir.
Digər tərəfdən, qeydiyyata alınmış işsizlərin sayı ilə beynəlxalq metodologiya əsasında hesablanan işsiz əhalinin sayı eyni göstərici deyil. Bu iki rəqəmi qarışdırmaq düzgün olmaz.
Yarmarkalara hansı vakansiyalar çıxarılır?
Dövlət Məşğulluq Agentliyinin açıqlamasına görə, əmək yarmarkalarının təşkilində əsas məqsəd işəgötürənlərin real kadr tələbatını öyrənmək, işaxtaranları mövcud vakansiyalarla tanış etmək və onları uyğun iş yerlərinə yönləndirməkdir.
Yarmarkalarda işəgötürənlər müxtəlif peşə və ixtisaslar üzrə vakansiyalar təqdim edirlər. Bu vakansiyalar regionun iqtisadi xüsusiyyətlərindən və müəssisələrin ehtiyaclarından asılı olaraq dəyişir.
Lakin ictimaiyyət üçün əsas problem vakansiyaların keyfiyyətinin və əmək şəraitinin kifayət qədər şəffaf göstərilməməsidir.

Məsələn:

o Təklif olunan işin aylıq əməkhaqqı nə qədərdir?
o İş qrafiki və istirahət günləri necə müəyyənləşdirilir?
o İş təcrübəsi tələb olunurmu?
o Vakansiya daimi, yoxsa müvəqqətidir?
o İşə qəbul zamanı əmək müqaviləsi bağlanılırmı?
o Təklif olunan iş yeri yarmarkadan əvvəl də mövcud olub, yoxsa yalnız tədbir üçün təqdim edilib?

Bunlar işaxtaran vətəndaşın bilməli olduğu əsas məsələlərdir.

Təkcə vakansiyaların sayını açıqlamaq kifayət deyil. Onların peşələr, əməkhaqqı, iş qrafiki və müqavilə müddəti üzrə bölgüsü də ictimaiyyətə təqdim edilməlidir.

Ən ciddi sual: Yarmarkadan sonra əmək müqaviləsi bağlanılırmı?

2025-ci ilin statistikası bu məsələyə xüsusi diqqət yetirməyə əsas verir.

Rəsmi hesabatda 218 yarmarkada təqdim olunan 18,7 min vakansiyadan 819 nəfərin işlə təmin olunduğu bildirilir.

Ancaq ictimaiyyətə daha geniş məlumat lazımdır: Haqlı olaraq suallar yaranır.

o Bu 819 nəfərin neçəsi ilə əmək müqaviləsi bağlanılıb?
o Onların neçəsi üç ay sonra da həmin iş yerində çalışıb?
o Neçəsi altı ay sonra işini davam etdirib?
o Neçə nəfərin əməkhaqqı minimum əməkhaqqından yüksəkdir?
o İşə qəbul olunanların neçəsi öz ixtisası üzrə işləyir?
o İşdən ayrılanların sayı və səbəbləri nə qədərdir?


Bu məlumatlar olmadan yarmarkaların sosial və iqtisadi səmərəliliyini tam qiymətləndirmək mümkün deyil.

Əmək müqaviləsinin bağlanılması da son nəticə deyil. İşçinin bir neçə həftə sonra işdən ayrılması və ya əmək şəraitinin elan edilən şərtlərə uyğun olmaması tədbirin keyfiyyətini şübhə altına ala bilər.

Deməli, nəticə yalnız işə qəbulun qeydə alınması ilə yox, məşğulluğun davamlılığı ilə ölçülməlidir.

Formal tədbir görüntüsü yaranırmı? Ekspert yanaşması

Əmək yarmarkalarının formal xarakter daşıması ilə bağlı narahatlıq yeni deyil.

Mütəmadi işaxtaran vətəndaşların bir qisminin bu tədbirlərin faydalılığına şübhə ilə yanaşdığını bildirir, öz narazılıqlarını ifadə edirlər.

İqtisadçı Xalid Kərimli də mətbuata verdiyi açıqlamada işəgötürənlərin daha keyfiyyətli işçi axtarışı səbəbindən yarmarkalara ciddi maraq göstərməyə biləcəyini vurğulayırdı. Onun yanaşmasına görə, işəgötürənlər bəzən kadrları öz resursları ilə axtarmağa üstünlük verirlər.

Bu tənqidin iqtisadi məntiqi var. Çünki müəssisə üçün əsas məsələ tədbirdə iştirak etmək deyil, ehtiyac duyduğu ixtisaslı işçini tapmaqdır.

Əgər təqdim olunan vakansiya əməkhaqqı, iş şəraiti və peşə tələbləri baxımından işaxtaranların gözləntilərinə uyğun deyilsə, həmin vakansiyanın yarmarkada nümayiş etdirilməsi avtomatik olaraq real məşğulluq yaratmır.

Digər tərəfdən, Dövlət Məşğulluq Agentliyinin rəhbəri Hasil Abbasov 2025-ci ilin yekunlarına dair açıqlamasında əmək yarmarkalarının əsas məqsədinin bütün iştirakçıları dərhal işlə təmin etmək olmadığını bildirib.

Onun izahına görə, yarmarkalar işəgötürənlə işaxtaran arasında tələblə təklifin uyğunlaşdırılmasına, namizədlərin bacarıqlarını və əmək bazarının ehtiyaclarını müəyyənləşdirməyə xidmət edir.
Bu yanaşma müəyyən mənada əsaslıdır. Çünki əmək yarmarkasının bütün iştirakçılarının həmin gün işə qəbul olunmasını gözləmək real deyil.

Ancaq bu izah yarmarkaların konkret nəticələrinin açıqlanmamasına əsas verməməlidir.

Əgər tədbirin məqsədi yalnız məlumatlandırma və yönləndirmədirsə, o zaman bu xidmətlərin nəticələri ayrıca ölçülməlidir. Əgər məqsəd işə qəbuludursa, əmək müqavilələrinin sayı və işdə qalma müddəti açıqlanmalıdır. Əgər işsizlik fonunda formal əmək yarmarkaların təşkili həyata keçirilərsə bu doğru yanaşma deyil. 

Əslində mübahisənin mərkəzində də məhz bu məsələ dayanır: tədbirin keçirilməsi nəticə deyil, nəticəyə aparan vasitədir. 

Beynəlxalq təcrübədə əmək yarmarkaları necə təşkil olunur?

Beynəlxalq təcrübədə əmək yarmarkaları yalnız vakansiyaların nümayiş etdirildiyi tədbir kimi qəbul edilmir. Onlar işəgötürənlə işaxtaran arasında real uyğunlaşdırma, ilkin seçim, müsahibə və sonrakı işə qəbul prosesinin bir hissəsidir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məşğulluq mərkəzlərinin fəaliyyəti ilə bağlı metodoloji yanaşmalarında bir sıra mühüm nəticə göstəriciləri tövsiyə olunur:

o Tədbirdən sonra işlə təmin olunanların sayı;
o Vakansiyaların neçə faizinin doldurulması;
o İşə qəbul olunanların əmək müqavilələrinin müddəti;
o Orta əməkhaqqı və peşə uyğunluğu;
o İşə qəbul olunanların altı ay sonra məşğulluq vəziyyəti;
o Bir nəfərin işlə təmin olunması üçün çəkilən xərc.


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məşğulluq xidmətləri üzrə araşdırmalarında da işəgötürənlərin ehtiyaclarının öyrənilməsi, namizədlərin ilkin seçimi, vakansiyaların düzgün hazırlanması və işə qəbuldan sonrakı nəticələrin izlənilməsi xüsusi əhəmiyyət daşıyır.

Məsələn, Fransada tətbiq edilən innovativ məşğulluq tədbirlərində namizədlər qeyri-formal fəaliyyətlər vasitəsilə işəgötürənlərlə tanış olur, daha 

sonra rəsmi müsahibələr keçirilir. Bu modelin pilot qiymətləndirilməsində iştirakçıların yarıdan çoxunun altı ay ərzində işə düzəldiyi bildirilib.

Bu təcrübələr göstərir ki, müasir əmək yarmarkasının uğuru sadəcə iştirakçıların və vakansiyaların sayı ilə ölçülmür.

Azərbaycanda əmək yarmarkalarının şəffaflığını artırmaq üçün nə edilməlidir?

Mövcud rəqəmlər və beynəlxalq təcrübə əsasında bir sıra dəyişikliklər zəruridir. Ekspertlər bunu aşağıdakı kimi qeyd edir. 

1. Hər yarmarkanın nəticəsi ayrıca açıqlanmalıdır.

Dövlət Məşğulluq Agentliyi hər tədbirdən sonra iştirakçıların, işəgötürənlərin, vakansiyaların, müsahibələrin, göndərişlərin və faktiki işə qəbulun sayını dərc etməlidir.

2. Əmək müqavilələri üzrə məlumatlar yoxlanılmalıdır.

Yarmarkadan sonra işə qəbul olunan şəxslərin ƏMAS sistemində rəsmiləşdirilməsi yoxlanılmalı, əmək müqaviləsi bağlanmayan hallar ayrıca göstərilməlidir.

3. Üç və altı aylıq monitorinq aparılmalıdır.

İşə qəbul olunanların üç və altı ay sonra həmin iş yerində qalıb-qalmadığı açıqlanmalıdır. Bu, formal işə qəbulun qarşısını almaq üçün vacibdir.

4. Vakansiyaların keyfiyyəti qiymətləndirilməlidir.

Hər vakansiya üzrə əməkhaqqı, iş qrafiki, müqavilə müddəti, tələb olunan təcrübə və ixtisas göstərilməlidir.

5. Təkrar təqdim olunan vakansiyalar müəyyənləşdirilməlidir.

Eyni vakansiyanın müxtəlif yarmarkalarda təkrar-təkrar təqdim edilməsi mümkündür. Buna görə unikal vakansiyaların sayı da açıqlanmalıdır. Əks halda təqdim edilən vakansiyaların ümumi sayı real iş imkanlarının sayını olduğundan çox göstərə bilər.

6. Müstəqil audit və ictimai hesabatlılıq təmin olunmalıdır.

Yarmarkaların nəticələri müstəqil qiymətləndirilməli, dövlət vəsaitlərinin xərclənməsi ilə faktiki məşğulluq nəticələri arasında əlaqə göstərilməlidir.

7. İşsiz vətəndaşların rəyləri öyrənilməlidir.

Yarmarkada iştirak edən şəxslərdən tədbirdən sonra anonim sorğu vasitəsilə rəy alınmalıdır. Onların neçə nəfərinin müsahibəyə dəvət edildiyi, neçə nəfərin təklifdən imtina etdiyi və imtinanın səbəbləri araşdırılmalıdır.

Nəticə: Say çoxluğu yox, real məşğulluq əsas götürülməlidir

Azərbaycanda əmək yarmarkalarının sayının artması özlüyündə müsbət haldır. Dövlətin işsiz vətəndaşlarla işəgötürənlər arasında əlaqə yaratması, regionlarda məşğulluq imkanlarını genişləndirməsi vacibdir.

Lakin 2025-ci ildə 18,7 min vakansiya təqdim edildiyi halda 819 nəfərin işlə təmin olunması ciddi suallar doğurur.

Təqdim olunan vakansiyaların təxminən 4,4 faizinin işə qəbul nəticəsi ilə müşayiət olunması mexanizmin effektivliyinin daha dərindən araşdırılmasını tələb edir.

Bu göstərici bütün vakansiyaların keyfiyyətsiz və ya tədbirlərin formal keçirildiyini sübut etmir. Amma nəticələrin açıqlanması və müstəqil qiymətləndirilməsi üçün kifayət qədər ciddi əsas yaradır.

Əmək yarmarkası şəkil çəkdirmək, iştirakçı sayını hesabatlaşdırmaq və vakansiyaları nümayiş etdirmək üçün təşkil olunan tədbirə çevrilməməlidir.

Vətəndaşın əsas gözləntisi iş tapmaq, işəgötürənin gözləntisi uyğun kadr əldə etmək, dövlətin vəzifəsi isə bu iki tərəfin maraqlarını şəffaf və səmərəli şəkildə uzlaşdırmaqdır.

Əsas sual dəyişməməlidir: 218 əmək yarmarkası keçirilibsə, bu tədbirlər nəticəsində neçə nəfər rəsmi əmək müqaviləsi ilə işə başlayıb və onların neçəsi bu gün də həmin iş yerində çalışır?

Bu suala dəqiq, yoxlanıla bilən və ictimaiyyət üçün açıq cavab verilməyənədək əmək yarmarkalarının uğurunu yalnız keçirilən tədbirlərin sayı ilə ölçmək doğru deyil.

Günel Sabirqızı
Atatv.az və Azadtv.az saytının xüsusi müxbiri


Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

8-11-2026, 13:00

Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / İqtisadiyyat

3-11-2026, 15:53

Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil

Gündəm / Siyasət

26-09-2026, 08:53

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
Сегодня, 16:01
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Сегодня, 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Сегодня, 09:55
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Вчера, 17:08
Bakıda kafedə insident olub, saxlanılanlar var
11-11-2026, 10:35
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
10-11-2026, 17:18
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Son xəbərlər
  • Сегодня, 18:00
    Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV
  • Сегодня, 17:30
    Zelenskini Moskvaya dəvət etmişik, o isə gəlmir - Rusiya XİN
  • Сегодня, 17:00
    Tələbələri narazı salan bufet qiymətləri: “Ac qalmamaq üçün yeyirəm”
  • Сегодня, 16:01
    Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Сегодня, 15:40
    Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
  • Сегодня, 14:58
    Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
  • Сегодня, 14:26
    Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
  • Сегодня, 13:22
    Ağsu son on ildə: abadlaşan şəhər, yenilənən kəndlər, inkişaf edən sosial infrastruktur Quruculuq, təmir-tikinti, səhiyyə və təhsil sahəsində görülən işlər rayonun inkişaf mənzərəsini formalaşdırır
  • Сегодня, 13:02
    Sabah Bakıda yağış yağacaq
  • Сегодня, 12:23
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
  • Сегодня, 11:50
    Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
  • Сегодня, 11:36
    Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
  • Сегодня, 10:43
    Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək
  • Сегодня, 09:55
    Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
  • Сегодня, 09:11
    SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
  • Вчера, 19:21
    DEPUTAT NAQİF HƏMZƏYEV JURNALİSTLƏRİN HAQQ SƏSİNƏ SƏS OLDU! PARLAMENT TRİBUNASINDAN SƏSLƏNƏN FİKİRLƏR MEDİADA REZONANS DOĞURDU!
  • Вчера, 19:00
    Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
  • Вчера, 18:30
    Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
  • Вчера, 18:09
    Külək güclənəcək - XƏBƏRDARLIQ
  • Вчера, 17:38
    Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
  • Вчера, 17:08
    Bakıda kafedə insident olub, saxlanılanlar var
  • Вчера, 16:24
    Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
  • Вчера, 15:46
    Havanın temperaturu 5-10 dərəcə enəcək - Xəbardarlıq
  • Вчера, 15:24
    Antalyada "COP31 Türkiyə Platforması" təqdim edilib
  • Вчера, 14:47
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
  • Вчера, 13:18
    Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq
  • Вчера, 12:44
    Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
  • Вчера, 11:57
    Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
  • Вчера, 11:00
    Pakistanda mikroavtobus çaya düşüb, 11 nəfər ölüb
  • Вчера, 10:08
    Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
  • Вчера, 09:40
    Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • 12-11-2026, 22:22
    Yetmiş üç günlük sükut: Murovun dumanından Şuşanın şərəfinə - Mayor Vüsal Vəliyevin səssiz dastanı
  • 12-11-2026, 20:10
    Hüququn aliliyi və suveren gələcək: Müstəqil Azərbaycan Konstitusiyası tarixi seçimin təntənəsi kimi
  • 12-11-2026, 19:03
    Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa yığmasının heyətində rinqə çıxacaq
  • 12-11-2026, 18:39
    Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə